Müxabirləşmə mövzusunda ödənişsiz təlim

birbank biznes

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) köhnə uçotdan yeni uçota və hesabat sisteminə keçmək arzusu olan mühasiblərə dəstək məqsədi ilə “Müxtəlif tipli əməliyyatların yeni hesablar planı əsasında müxabirləşməsi” mövzusunda ödənişsiz təlim təşkil edir. Təlimdə investisiya, maliyyə qoyuluşu, borc əməliyyatları, gəlir və xərclərin hesablanması, ƏDV və digər vacib əməliyyatların praktik müxabirələşmələri haqqında məlumatlar veriləcək. Təlim İATM-nin peşəkar mühasib-təlimçisi olan Fatma Uğur tərəfindən aparılacaqdır.

Təlim 12 yanvar 2018-ci il tarixində, saat 18:00-da keçirilməsi nəzərdə tutulur. Təlimin müddəti 3 saat olacaqdır. İştirak etmək istəyənlər elektron poçt ünvanına ad, soyad, mobil telefon, iş yeri və vəzifəsini qeyd etməklə məktub göndərməlidirlər.

Müraciət üçün son tarix 12 yanvar 2018-ci il, saat 11:00-dır.

Təlimdə iştirak etmək pulsuzdur!

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi

Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 41, mənzil 2 (“Saf Su” su doldurma məntəqəsinin yaxınlığı, İnşaatçılar metrosu)

Əlavə məlumat üçün:

Telefon: 012 480 28 45; 070 511 77 31; 055 333 76 90

E-mail: Web: www.iatm.az

Mənbə: www.iatm.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email