fbpx

Müxtəlif ölkələrdə vergiləri necə tətbiq ediblər? (1-ci hissə)

posted in: muhasibat, Vergi, Xəbər | 0
birbank biznes

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (1-ci hissə)

Dünya iqtisadiyyatı tarixindən. Vergi  yenilikləri

Donald Tramp yeni vergi siyasəti hesabına ABŞ-da istehsalın artımına nail olmağı nəzərdə tutur: aşağı vergilərin cəlbediciliyi səbəbindən başqa ölkələrdə fəaliyyət göstərən amerikan şirkətləri xaricdən öz ölkəsinə qayıtmalıdırlar. Rusiya hakimiyyəti ölkə üçün yenilik olan bir vergini, vətəndaşlardan kurort yığımları tətbiq edirlər. Bir sözlə, dünya iqtisadiyyat tarixi bir çox hallarda bu orijinal vergi yenilikləri üzərində qurulub.

Firon üçün xərac

Ən erkən vergi yenilikləri təbii ki, Qədim dünyaya aiddir. Bunlardan ilk yenilik kimi e.ə. XIV əsrdə Misir fironu Exnatonun idarəçiliyi dövründə tətbiq olunan bir məsələni qeyd etmək olar. Belə ki, firon dində yenilik etməyə cəhd etməklə hamının vahid Tanrıya itaət etməsini istəyib.

Misirdə mütləq şəkildə hər şey vergiyə cəlb olunmuşdu: satışlar, qullar, əcnəbilər, idxal, ixrac, sənətkarlıqla məşğuliyyət və s. Kənd təsərrüfatı məhsullarına olan vergi 20% təşkil edirdi. Bu zaman təkcə buğda məhsulu deyil, eləcə də şəxsi meyvə bağlarından toplanan meyvələr də vergiyə cəlb edilirdi.

Vergilərin toplanılmasına Misirdə mirzələr nəzarət edirdilər.

Misirdə torpaqların əksəriyyəti firona məxsus və onları kəndlilərə icarəyə verirdilər, əvəzində isə onlardan məhsula görə vergi tutulurdu (özü də bu zaman məhsulu torpaq payının həcmindən asılı olaraq dövlət müəyyən edirdi).

Evklid həndəsəsi elə vergi hesabları üzərində yaranmışdı – Evklid Misirdə İsgəndəriyyədə yaşamışdı.

Tabe etdirilmiş xalqlardan alınan xərac vergi sisteminin əhəmiyyətli elementi idi. Exnatonun tətbiq etdiyi yeniliklər də bu xəracla bağlı olub (o dini məsələlərə daha çox aludə idi) – nəticədə o, Suriya və Fələstini itirmişdi.

Exnatonun bütün məbədlərini yerlə-yeksan edən ondan sonra gələn hakimlər fironun artıq ali vergi avtoriteti olmadığını etiraf etdilər və ənənəvi Misir tanrılarının məbədləri çoxsaylı vergi güzəştlərini bərpa etdilər. Və vergi orqanlarında möhtəşəm korrupsiya ilə birləşən bu yenilik, ölkənin tənəzzülünə gətirib çıxardı.

Azadlıq və demokratiya üçün ödəniş

Qədim Yunanıstanda  vergi ixtirası dolayı vergiqoyma dərəcəsi oldu. Birbaşa vergi tətbiqi şəxsi azadlıqların pozulması hesab olunurdu.

Kommersiya fəaliyyəti – satışlar, idxal və körpülər, yollar və limanlar kimi ictimai tikililər vergiyə cəlb edilirdi. Buna görə vergilərin ödənilməsi həmin tikililərin işlək vəziyyətdə saxlanılması, yəni, faktiki olaraq xidmət göstərilməsi ilə izah olunurdu.

Belə deyək ki, liman vergisi gətirilən və aparılan malların dəyərinin 2%-ni təşkil edirdi və həmin vergi limanlar və dəniz yollarının yunan hərbi-dəniz qüvvələrinin piratlardan (dəniz quldurları) qorunması ilə izah edilirdi. Dəniz quldurlarının daha çox olduğu limanlardan biri üçün vergi dərəcəsi 10%-ə qədər artırılmışdı.

Erkən antik Roma yunan ənənəsini qəbul etmişdi. Vergilər çox aşağı idi, toplanan verginin böyük hissəsi dövlət aparatının saxlanılması üçün xərclənirdi – ordu isə pulsuz xidmət edirdi.

Amma bəzi vergi daxilolmarı tələb olunurdu ki, onlar da idxal və ixracdan tutulurdu. Praqmatik mülahizələrdən romalılar işğal edilmiş ərazilərdə mövcud dərəcələri qoruyub saxlamışdılar: İspaniyada gömrük rüsumları 2%, Siciliya, Afrika və Albaniyada isə 5% təşkil edirdi.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müxtəlif ölkələrdə vergilər, Müxtəlif ölkələrdə vergilər
Print Friendly, PDF & Email
error: Content is protected !!