Bu halda muzdlu işlə əlaqədar əldə edilən gəlir vergiyə necə cəlb edilir?

posted in: Xəbər | 0
birbank biznes

Bu halda muzdlu iş ilə əlaqədar əldə edilən gəlir vergiyə necə cəlb edilir?

gəlir xərc kompensasiyaSual: Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu iş ilə əlaqədar əldə edilən gəlir vergiyə necə cəlb olunur? Vergi dərəcəsi hansı maddəyə əsasən müəyyən edilir? Hansı vergi hesabatı təqdim edilir? 102-ci maddədə olan azadolma və güzəştlər tətbiq edilir?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.

Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu iş ilə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünün kodu kimi 97002 (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci33-cü96.1-ci101.2-ci127-ci130-cu149.1.4-cü149.2-ci152.1-ci maddələri.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email