Nağdsız hesablaşma aparanlar üçün vergi güzəştləri necə hesablanacaq?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

VergiPərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlər üzrə güzəşt müəyyənləşdirilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, satış əməliyyatlarını nağdsız qaydada həyata keçirən ticarət obyektlərinə 2019-cu ildən vergi güzəştləri tətbiq edilib. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti göstərən gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar da bu güzəştdən istifadə etmək hüququ qazanır. Həmin şəxslər tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən, fərdi sahibkar kimi gəlir vergisinin ödəyicisi olan mağaza sahibləri üçün nəzərdə tutulan güzəşt belə hesablanacaq:

Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat.

Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20 faiz) təşkil edir. Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği azaldılır.
Əvvəlcə nağdsız dövriyyənin xalis çəkisini müəyyən edək:

(800/100) = 0,8 ) xalis çəki)

Gəlir vergisi nağdsız qaydada aparılan ödənişlərin xalis çəkiyə uyğun olaraq 25 faiz azaldılır:

0,8 x 25 faiz = 0,2
0,2 x 60 (gəlir vergisi) = 12 manat (güzəşt məbləği)
60 manat (ödənilməli məbləğ) – 12 manat (güzəşt məbləği) = 48 manat.

Mənbə: vergiler.az


Vergilər Nazirliyinə imtahan vermək istəyənlər üçün ədəbiyyat siyahısı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email