Nisyə satılan mallara kassa çeki verilməlidirmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Bilirik ki, sadələşdirilmiş verginin obyekti “təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın həcmi”-dir. Tutaq ki, hesablama medotu ilə işləyən sadələşdirilmiş vergi ödəyicisi malın pulunu satdığı anda almır və təbii ki, vergi öhdəliyi yaranmır.

  1. Vergi qanunvericiliyinə görə satıcı nisyə satdığı mala kassa çeki verməlidirmi?
  2. Əgər nisyə satdığı malı kassaya vursa, bəyannamə ilə kassa göstəriciləri arasındakı fərqdən kameral hesablanmaz ki?

Cavab: Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respulikasının Qanununda satıcının malın satılması zamanı alıcıya qəbzin, malın, kassa çekinin və ya digər yazılı sənədin verilməsi, saxlanılmış kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədlər əsasında 14 gün ərzində satıcının alıcıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və dəyişdirmə üçün qəbul etməyə borclu olduğu bildirilir. Bu baxımdan da vergi ödəycisi təqdim etdiyi mala görə ödəniş edilməsə də NKA çekinin təqdim olunması labüddür. Bununla belə, təqdim olunan malın dəyərinin hansı qaydada NKA-ya daxil edilməsi barədə əlavə məlumatı Servis Texniki Xidmət Mərkəzlərindən əldə etməyiniz məqsədəuyğundur. Əlavə olaraq bildiririk ki, vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Bax: Azərbaycan Respulikasının 19.09.1995-ci il tarixli, 1113 nömrəli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email