Norveçlə bağlı maraqlı və əsrarəngiz faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

NorveçBu dəfə Norveçlə bağlı maraqlı və əsrarəngiz faktları diqqətinizə çatdıraracağıq.

  • Norveçdə təhsil və mədəniyyət ön plandadır. Burada dünyada ilk dəfə 1979-cu ildə məcburi ibtidai təhsillə bağlı qanun qəbul edilib. İbtidai siniflərdə təkcə ingilis dili deyil (birinci sinifdən başlayaraq), ənənəvi məktəb fənlərindən əlavə həm də ekologiyaincəsənət fənləri də tədris olunur. Yeri gəlmişkən, Norveçdə təhsilə müdafiə sahəsindən üç dəfə çox, səhiyyəyə isə dörd dəfə artıq vəsait sərf edilir. Buna baxmayaraq, Norveç hərbi hava qüvvələri ölkə sərhədləri ilə yanaşı həm də İslandiyanın hava məkanını mühafizə edir. Qeyd etmək lazımdır ki, İslandiyanın özünün ümumiyyətlə, ordusu yoxdur.
Həmçinin bax: Henry Ford’un həyatı barədə maraqlı faktlar
  • Norveç sözü “şimala yol” mənasını verir. Bir çox min illər əvvəl bu ölkənin ərazisi qalın buz qatı altında olub.
  • Hər il Norveçə dünyanın müxtəlif yerlərindən minlərlə turist toplaşır. Onlar 20 km uzunluğunda olan unikal Flomskiy dəmiryolunda səyahətə çıxırlar. Qatarın pəncərələrindən dağlar, şəlalələr, göllər və fyordu (qayalı sahilləri olan dar və girintili-çıxıntılı körfəz) görmək olur. Flomskiy dəmiryolu mühəndislik üzrə sənət əsəri hesab olunur.
  • Norveçin əhalisi 5 milyondur. Onların 1,5 milyon nəfəri paytaxt Oslo və onun ətrafında yaşayırlar. Bu ölkədə əhalisinin sayı 30 min nəfərdən çox olan istənilən yaşayış məskəni iri şəhər hesab olunur.
  • Qolfstrim isti su axını sayəsində Norveçin iqlimi çox mülayimdir  və yayı da isti keçir. Qütb dairəsinin arxasında yerləşən Norveçin şimal sahillərindəki dəniz hətta qış aylarında belə donmur, yayda isə ölkənin şimal hissəsində havanın temperaturu 20-30 dərəcəyədək yüksəlir.
  • Norveçlilər dənizi çox sevir və qiymətləndirirlər. Suyun 200-300 metrliyində və ya ən azından onu gözlə görmək mümkün olan yerdə yaşayırlar. Ölkə dərinliklərində yaşayan sakinlər isə bütün hallarda ikinci evlərini dəniz kənarında alırlar. Sakinlərin 80 faizinin qayığı və ya kateri var.
Həmçinin bax: Banklar və pullar barədə 6 maraqlı fakt

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email