Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?

Riskli vergi ödəyicisi, gömrük, vergi güzəşti, vergi yoxlaması, e-qaimə, VHF,Sual: Mən fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında vergilər idarəsinə elektron ərizə göndərmişəm. Bəyan ediləcək heç bir məlumat yoxdur. Səyyar vergi yoxlaması keçirilə bilər mi? Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında göndərdiyim ərizəni ləğv edə bilərəm mi?

Cavab: Vergi uçotundan çıxarılanadək vergi ödəyicisinin uçota alınması barədə vergi şəhadətnaməsi,

ƏDV ödəyicisi olduğu halda ƏDV-nin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizə,

təsərrüfat subyekti (obyekti) olduğu halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizə,

vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) NKA qeydiyyatda olduğu halda NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə,

aktiv bank hesablarının bağlanması barədə həmin hesabların açıldığı bank idarələrinin arayışları,

təqdim edilməmiş bəyannamələr (hesabatlar) təqdim edilməli,

dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi, habelə təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış POS-terminallar olduğu halda həmin POS-terminalların qeydiyyatdan çıxarılması təmin edilməlidir.

Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciəti daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər.

Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarılaraq ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir. Ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, vergi uçotunuzun ləğv olunmadığı halda ərizənizin icrasına xitam verilməsi barədə uçotda olduğunuz vergi orqanına yenidən müraciət edə bilərsiniz.

Vergi ödəyicisi kimi uçotunuz ləğv olunduğu halda isə fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməlisiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”,  Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email