2018-ci ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

noyabr ayı ərzində ödənilməli vergilər2018-ci ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin oktyabr ayına görəvergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin oktyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübü üzrə bəyannaməni növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2018-ci ilin oktyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 4-cü rübü üzrə bəyannamə növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

 

  • 2018-ci il üzrə hesablanmış Torpaq vergisinin qalanını (yarısını) cari ilin noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2018-ci ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email