Nümunəvi vergi ödəyicilərinə vergi güzəşti tətbiq edilməlidirmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes
Vüqar Bayramov: “Bu praktikanın ölkəmizdə tətbiqi vacibdir. Sözügedən yenilik vergi nəzarətinin də liberallaşmasına səbəb olar”.

Məlum olduğu kimi, inkişaf etmiş ölkələrin bir çoxunda uzun müddət vergiləri vaxtı-vaxtında ödəyən şəxslərə vergi güzəştləri tətbiq edilir. Məsələn, ABŞ-da nümunəvi vergi ödəyən şəxslərə verginin 100-də 5%-i miqdarında güzəşt edilir ki, bu da vergi ödəyiciləri tərəfindən məmnunluqla qarşılanır.

Maraqlıdır, bu praktikanın ölkəmizdə də tətbiqi məqsədəuyğun olmazdımı?

İqtisadçı alim Vüqar Bayramov sözügedən praktikanın ölkəmizdə tətbiqinin faydalı olacağını vurğulayıb:

“Bu praktikanın ölkəmizdə tətbiqi xeyli müddət müzakirə olunub. Lakin çox təəssüf ki, sözügedən praktika Azərbaycan qanunvericiliyində, Vergi Məcəlləsində öz əksini tapmayıb. Nümunəvi vergi ödəyicilərinə güzəştlərin tətbiq edilməsi, bəlli bir müddətdən sonra onlar üçün aşağı faizli vergilərin tətbiqi daha məqsədəuyğun olar. Çünki bu, bir tərəfdən vergidən yayınma hallarının qarşısının alınmasına müsbət təsir göstərəcək. Sahibkarları vergi öhdəliklərini vaxtında həyata keçirməyə daha da situmullaşdıracaq. Dövlət büdcəsi də vergilərin vaxtında ödənilməsindən gəlir əldə edəcək. Büdcəyə daxil olmalar artacaq.

Bu, vergi nəzarətinin də liberallaşmasına gətirib çıxardacaq. Daha liberal vergi nəzarəti sisteminin formalaşmasına səbəb olacaq. Bu baxımdan da məlum praktikanın ölkəmizdə tətbiqi vacibdir.

Bu, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv ölkələrə də tövsiyyə edilən bir praktikadır. Bir sıra inkişaf etmiş ölkələrdə bu praktikanın geniş yayıldığını nəzərə alsaq, Azərbaycanda Vergi Məcəlləsinə bu praktikanın daxil edilməsi faydalı olar”.

Mənbə: moderator.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email