232 saylı “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

İnvestisiyaların təsnifatı

232 saylı aktiv hesabı üzrə uçota alınan ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar Hesablar Planının 23-cü maddəsinin (“Sair qısamüddətli maliyyə aktivləri”) tərkibinə daxildir. Başqa bir şirkətin səhmlərinin alınması alıcı şirkət üçün investisiyadır. İnvestisiyaların alınması üzrə müxabirləşmələrin düzgün aparılması üçün şirkət həmin investisiyalara necə sərəncam verəcəyi müəyyən etməlidir. Birdən çox əməliyyat dövrü üçün saxlanacağı gözlənilən investisiyalar uzunmüddətli investisiya kimi təsnif edilir. Əgər investisiya qısa müddətdə reallaşmaq niyyəti ilə alınırsa, o zaman belə investisiya qısamüddətli investisiyala kimi təsnif edilir.

Müddətə görə təsnifatdan başqa investisiyalar, ilkin tanınmadan sonra  qiymətləndirilməsi məqsədilə, MHBS 39 (IFRS39)–yə əsasən aşağıdakı kateqoriyalara bölünür:

  • mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə əks olunan maliyyə aktivləri;
  • ödənişə qədər saxlanılan investisiyalar;
  • kreditlər və debitor borclar, və;
  • satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar.

Belə təsnifat qeyd edilən MHBS üzrə qiymətləndirməyə tətbiq olunur. Maliyyə hesabatlarının özündə məlumatların təqdimatı zamanı müəssisə bu kateqoriyalar üçün digər təsvirləri və ya digər təsnifatları istifadə edə bilər  (MHBS39/45).

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar

232 saylı “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar“ hesabı ödəniş məbləği və ödəniş tarixi məlum olan qısamüddətli maliyyə aktivlərinin hərəkətini və mövcudluğunu uçota almaq üçün nəzərdə tutulub.

Mühasibat xidmətləri

Belə investisiyalara aşağıdakı xüsusiyyətlər xasdır:

  • sabit və ya müəyyən edilə bilən gəliri və sabit ödəmə müddəti var;
  • başqa müəssisələrə borc kimi verilməyib;
  • şirkət ödəmə (ödəniş) tarixindən əvvəl satmaq niyyətində deyil.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalara başqa müəssisələrin qiymətli kağızları, dövlət və yerli borclar üzrə faizli istiqrazları və s. nümunə gətirmək mümkündür.

İstiqraz dedikdə müəyyən bir müddətə, təyin edilmiş faiz dərəcəsinə, əsas borcun müddət sonunda birdəfəyə yaxud başqa bir ödəmə formasına görə geri dönmə sözü verən maliyyə aktivi nəzərdə tutulur.

Bir ildən artıq müddətə saxlanılması nəzərdə tutulmuş belə investisiyalar uzunmüddətli investisiyalar kateqoriyasına edilməklə uçotu 181 saylı Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” hesabında aparılır.

232 saylı hesab üzrə uçot

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar üzrə uçotun əsasları AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

232 №li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar“ aktiv hesabı qeyd edilən Qaydaların 25.1-ci maddəsində açılan aşağıdakı hesablar qrupuna aiddir.

232 №li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar“ aktiv hesabı qeyd edilən Qaydaların 25.1-ci maddəsində açılan hesablar qrupuna aiddir.

Hesabda mühasibat uçotu subyektinin ödənişə qədər saxlanılan qısamüddətli investisiyalarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar ilkin dəyəri ilə uçota alınan zaman yaranan hallar sözü gedən qaydaların 25.8-ci, tanınmanın dayandırılma halları isə 25.12-ci bəndilə nizamlanır.

Belə investisiyalar üzrə hər il faiz məbləğlərinin hesablanması zamanı yaranan hallara  qaydaların 25.11-ci bəndi tətbiq olunur.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyaların tanınmanın dayandırılması zamanı yaranan hallar sözügedən qaydaların 25.12-ci bəndilə nizamlanır.

Debitor borclarının müqabilində əldə edilmiş ödənişə qədər saxlanılan qısamüddətli investisiyaların uçotu qaydaların 25.13-cü bəndi əsasında nizamlanır.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar

Nümunə 1:  “A” MMC fəaliyyət göstərdiyi dövrdə müəyyən layihələri maliyyələşdirə bilmək üçün “B” MMC-dən 100 manat nominal dəyəri 1 il müddəti 10% illik gəliri olan  2000 ədəd istiqraz alıb. Faizlər istiqraz sahiblərinə ildə bir dəfə ödənilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 20000.00
2 Hesablanmış faiz gəlirlərinin uçota alınması 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 542 – Gələcək hesabat dövrünün gəlirləri 2000.00
3 Hesablanmış faizlərin bank hesabına ödənilməsi 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 2000.00
4 Faizlərdən olan gəlirlərin maliyyə gəlirlərinə tanınması 542 – Gələcək hesabat dövrünün gəlirləri 631 – Maliyyə gəlirləri 2000.00
5 İlin sonunda faiz gəlirlərinin Ümumi mənfəət (zərər) hesabına bağlanması 631 – Maliyyə gəlirləri 801 – Ümumi mənfəət (Zərər) 2000.00
6 1 ildən sonra qoyulan investisiyanın hesablaşma hesabına qaytarılması 223 – Bank hesablaşma hesabları 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 2000.00

Nümunə 2: “A” MMC   B müəssisənin emissiya etdiyi nominal dəyəri 5 manat, 1 il müddəti, illik faiz dərəcəsi 20% olan 2000 ədəd istiqrazını, müddəti sonuna kimi saxalmaq üçün əldə etmişdir. Bank hesablaşma hesabından köçürülmə üsulu ilə istiqrazların dəyəri ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 10000.00

Bank depozitləri üzrə gəlir vergisinin hesablanması qaydası