Ödənişsiz beynəlxalq mühasibatın geniş təqdimatı kursu

birbank biznes

Ödənişsiz və online şəkildə, 6 həftə ərzində Beynəlxalq mühasibatın geniş təqdimatı kursu keçmək imkanı. Arzuladığınız karyeranı qurmaq üçün gərəkli olan məlumatları bu kurs vasitəsilə əldə edə bilərsiniz. Sadəcə olaraq https://www.coursera.org/learn/wharton-financial-accounting linkinə daxil olaraq videoları izləməyiniz kifayətdir.  Amerikanın nüfuzlu Pensilvaniya Universitetinin məşhur mühasibat üzrə professoru Brian J Bushee-nin ingilis dilində təqdimatı ilə sizə təqdim olunan bu kursda mərhələli şəkildə öyrənəcəksiniz:

  • 1-ci həftə – Tanışlıq və aktivlər.
  • 2-ci həftə – Uzunmüddətli aktivlər və qiymətli kağızlar.
  • 3-cü həftə – Öhdəliklər və uzunmüddətli borclar.
  • 4-cü həftə – Təxirəsalınmış vergilər.
  • 5-ci həftə – Səhmdar kapitalı.
  • 6-cı həftə – Maliyyə hesabatlarının analizi.

Xatırladaq ki, bu kurs ümumi kursun 2-ci mərhələsidir. 1-ci mərhələ haqqında  https://muhasibat.az/online-odenissiz-beynelxalq-muhasibat-kursu/ linkinə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email