Ofis işləri ilə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Ofis işləri ilə bağlı maraqlı faktlar

ofis işləri

  • Kseroks – surət çıxaran aparatdır və ya daha xırda bir şeydir? Hər bir idarədə kseroks var, ən azından surət çıxaran cihazı belə adlandırırlar. Həqiqətdə isə Kseroks həmin cihazları istehsal edən və Rusiyaya ilk ixrac edən şirkətin adıdır, o səbəbdən həmin aparat daha çox kseroks adını alıb. Uzaq şərqdə surət çıxaran aparatlar bazarına digər bir şirkət, Canon öz məhsulu ilə çıxıb.
  • Statistikaya görə yaponların 75%-i günlərinin yarıdan çoxunu ofisdə keçirirlər, onlardan üçdə ikisi isə hətta istirahət günlərindən belə imtina edirlər. Məzuniyyətə isə yapon işçilərinin yalnız 1/20 hissəsi çıxır. Baxın, onlar dünyada ən zəhmətkeş millətdir!
  • Ofis avto-cavabverəni. Onu elanlar, müxtəlif məlumatlar və hava haqqında məlumatları telefon abunəçilərinə çatdıran telefon xidməti müəssisələri icad ediblər.  Avto-cavabverənin ixtirasına qədər bu işi bilavasitə telefon qovşaqlarının işçiləri yerinə yetirirlərmiş.
  • Ofisdə işləyənlərin sol əli sağa nisbətən daha çox çalışır. Nə qədər gülməli görünsə də, bu faktdır! Klaviaturada mətn yığılarkən, onun 60%-i məhz, sol əlin barmaqları ilə yığılır.
  • Təkcə ofisdə işlə bağlı deyil, ümumən bütün çalışmalarla əlaqəli fakt ondan ibarətdir ki, 80% insanlar hesab edirlər ki, istənilən işdə çalışanlar üçün ən mürəkkəb şey səhər yuxudan qalxmaqdır! Həqiqətən də bəzən bədənini çarpayıdan qaldırmaq o qədər çətin olur ki, hərdən insanın ağlına belə fikir gəlir: “cəhənnəm olsun, bəlkə heç işə getməyim”.

Pul tarixindən 9 qeyri-adi fakt



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email