2019-cu ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

hüquqi şəxs,startap, Vergilər naziri, Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar, ödənilməli vergilər2019-cu ilin oktyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən

2019-cu ilin 3-cü rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin oktyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin sentyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

– Əlavə dəyər vergisinin bəyannaməsi,
– Aksiz bəyannaməsi,
– Yol vergisinin bəyannaməsi,
– Mədən vergisinin bəyannaməsi,
– Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
– Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2019-cu ilin 3-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödənildiyi halda 2 nömrəli Əlavə ilə birlikdə) 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)

  • 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
  • 2019-cu ilin sentyabr ayı üzrə hesablanmış vergi isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 3-cü rübünə görə sığortaedənlər tərəfindən

  • Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
  • İşsizlik sığortası üzrə rüblük hesabat
    2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
    2019-cu ilin sentyabr ayı üzrə hesablanmış sığorta haqları isə 2019-cu ilin oktyabr ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 3-cü rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini
2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim etməli və 2019-cu ilin sentyabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Dövlət rüsumu haqqında hesabat
2019-cu ilin oktyabr ayının 21-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Qeyd: 20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər, ödənilməli vergilər
Print Friendly, PDF & Email