Bu ölkədə online ticarət üçün vergi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

online ticarət İtaliya Senatının büdcə komitəsi bir sıra online ticarət əməliyyatları üçün vergi tətbiq olunması təklifini qəbul edib.

2018-ci il üzrə dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinə daxil olan bu təklifdə göstərilir ki, axtarış sistemləri və sosial şəbəkələr kimi iri online platformalar vasitəsilə xidmətlər əldə edən şirkətlər və fiziki şəxslər məbləğin altı faizini tutaraq həmin vəsaiti İtaliyanın vergi orqanına köçürməlidirlər.

Həmçinin bax: Vergi və digər büdcə daxilolmalarını internet vasitəsilə necə ödəməli?

Təklif edilən vergi “Google” və “Facebook” kimi iri internet şirkətlərindən vergi yığımının artırılmasına yönəldilib və bu addımın atılması büdcəyə ildə 114 milyon avro əlavə gəlir daxil olmasına şərait yaradacaq. Kiçik müəssisələr qəbilindən olan müəyyən vergiödəyiciləri, eləcə də əməliyyatının məbləği 30 avrodan az olan fiziki şəxslər bu verginin yığılmasından azad ediləcəklər.

İlin sonuna qədər parlament tərəfindən təsdiq ediləcəyi təqdirdə, qanunun qüvvəyə minməsi 2019-cu ilin əvvəlinə gözlənilir. Hökumət avqust ayına qədər tədbirlərin ümumi həcmini dəqiqləşdirmək niyyətindədir.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email