Operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər səyyar yoxlama zamanı əsas kimi istifadə edilə bilər?

posted in: Vergi, Xəbər | 0

Müəssisəmiz müxtəlif ərzaq və məişət mallarının satışı fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin iyun ayında Vergi orqanı tərəfindən Operativ vergi nəzarəti qaydasında mal-material uçotunun düzgünlüyünün yoxlaması keçirilmiş və yoxlama zamanı Vergi Məcəlləsinin 52.5-ci maddəsinə əsasən müəssisənin müxtəlif daxili sənədləri və elektron daşıyıcı olan kompüterlərini qərara əsasən götürmüşlər. Müəssisənin mühasibat sənədlərinin bəziləri itirildiyi üçün sənədlər qismən təqdim edilmişdir. Operativ yoxlama keçirmək mümkün olmamışdır. Bundan sonra 2018-ci ilin sentyabr ayında növbəti səyyar vergi yoxlaması keçirilməsi haqqında bildiriş təqdim edilmişdır.

Sual: 2018-ci ilin iyun ayında Vergi orqanı tərəfindən Operativ vergi nəzarəti qaydasında götürülmüş sənədlər və elektron daşıyıcı olan kompüterdə olan məlumatlardan 2018-ci ilin sentyabr ayında açılmış növbəti səyyar vergi yoxlaması zamanı mənbəyi bəlli olan məlumat kimi istifadə edilməsinin nə qədər qanuna müvafiq olduğunun izahını sizdən xahiş edirəm.

Cavab: Bildiririk ki, kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi təsbit olunur. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması, habelə operativ vergi nəzarəti tədbirləri həyata keçirilə bilər.

Səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Operativ vergi nəzarəti zamanı müəyyən olunan real dövriyyə kameral qaydada verginin hesablanmasına, səyyar vergi yoxlamasında müəyyən olunan kənarlaşma isə əlavə verginin və maliyyə sanksiyasının tətbiqinə əsas verir.

Bax: Vergi Məcəlləsinin 23.1-ci, 38.3-cu, 50-ci, 58-ci və 67.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *