Operativ vergi yoxlaması zamanı uçotdan gizlədilən mal-material necə dəyərləndirilir?

posted in: Xəbər, Vergi | 0

vergi yoxlaması

Sual: Operativ yoxlama zamanı uçotdan gizlədilən mal-material aşkar olunarsa bu mal-materialın heç bir sənədi olmadığından operativ yoxlamanın işçiləri tərəfindən hansı qiymətə dəyərləndirilir: bazardakı satış qiymətinəmi, yoxsa bazardakı topdansatış qiymətinə? Çünki bu qiymətləndirmədə ümumi məbləğə həm vergi işçiləri bizə birinci dəfə olduğundan 10 faiz cərimə hesablayacaqlar, həm də ki, o dəyərləndirdikləri məbləği biz uçota almalıyıq.

Cavab: Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı uçotdan gizlədilmiş və ya uçota alınmayan mallar aşkar edildiyi halda vergi orqanının nümayəndələri tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş malların alışını təsdiq edən sənədlər olmadıqda, lakin həmin malların alışını özündə əks etdirən digər ilkin uçot sənədləri mövcud olduqda malların dəyəri uçot sənədləri əsasında, belə sənədlər olmadığı halda isə bu malların topdansatış bazar qiyməti nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 14-cü və 58.8-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email