Orenburqda Baş mühasib şirkətdən 600 min rubl oğurluq edib

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Fevralın 6-da Orenburq vilayət məhkəməsi 600 min rubldan çox pulu mənimsəməkdə ittiham edilən orenburqlu xanımla bağlı məhkəmə qərarını dəyişdirmədən, hökmü qüvvədə saxlayıb. Qadın mühasib il yarım müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, dəmiryol daşımaları və tikintidə istifadə edilən daş-çınqıl satışı ilə məşğul olan şirkətdə Baş mühasib işləyən qadın müəssisəyə məxsus pulları mənimsəyib. Elektron imzaya çıxışı olan mühasib saxta sənədlər əsasında müəssisəyə məxsus pulların bir hissəsini öz atasının şirkətinin, qalan məbləği isə üçüncü bir şirkətin hesabına köçürüb.

Orenburqun Lenin rayon məhkəməsi qadının barəsində cəzasını ümumi rejimli islah-əmək düşərgəsində çəkməklə 1,5 il həbs cəzası və 10 min rubl məbləğində cərimə hökmü çıxarıb. Müttəhim həmin hökmdən apellyasiya şikayəti versə də, Orenburq vilayət məhkəməsi birinci instansiya məhkəmə hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email