Müxtəlif ölkələrdə orijinal müasir vergilər (I hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Müxtəlif ölkələrdə orijinal vergilər (I hissə)

Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər…

Vergi orqanlarının büdcə kassasını artırmaq, potensial mənfəətin yeni mənbələrini axtarmaq üçün yanaşmasının nə qədər yaradıcı ola biləcəyinə baxın. Ən qeyri-adi və bəzən çox ekzotik vergiləri aşkara çıxarmaq üçün dünyanın müxtəlif ölkələrinin vergi qanunlarını araşdırdıq.

  • Yağışa görə vergi. Polşanın qərbində, Oder çayı kənarında yerləşən Vrotslav şəhərindən olan məmurların beyninə belə bir dahiyanə ideya gəlib. Belə ki, onlar yağış suları üçün nəzərdə tutulan kanalizasiya xəttindən istifadəyə görə belə bir vergi növünü tətbiq etməyə başlayıblar. Binanın yerləşdiyi hər kvadrat metr əraziyə görə 6 Polşa qroşu ödənilməlidir. Ən maraqlısı odur ki, bu vergi yağış yağıb-yağmayacağından asılı olmayaraq ödənilməlidir.
  • “Narkotik maddələrin qeyri-qanuni saxlanılmasına” görə vergi. Belə hal – qeyri-qanuni olan bir şeyin vergiyə cəlb edilməsi, yalnız ABŞ-da baş verə bilər. Amerikanın 23 ştatında marixuana, kokain, ekstazi və digər bu kimi psixotrop vasitələrə görə vergi tətbiq olunub. Həmin psixotrop maddələrin dilerləri sözügedən vergini anonim şəkildə də ödəyə bilərlər. Əgər onlar ələ keçərlərsə və həbs olunarlarsa, bu halda məhkəmədə sözügedən vergini ödədikləri barədə təsdiqedici sənədləri təqdim edə bilərlər ki, bu da məhkəmə gedişində onlardan ötrü yüngülləşdirici bir hal kimi nəzərə alına bilər.
  • Qeyri-formal münasibətlərə vergi tətbiq etməklə, Çin də özünü fərqləndirməyi bacara bilib. Dünyada nikah olmadan yaşayan cütlüklərin sayı durmadan artmaqdadır. Belə ki, Fransada və yaxud İsveçrədə nikahsız yaşayanlar bütün cütlüklərin 60 faizini təşkil etdiyini söyləyirlər. Lakin belə münasibətlər açıq-aşkar Çinin Tyantszmin əyalətindən olan məmurların xoşuna gəlməyib. Həmin səbəbdən onlar 1996-cı ildə öz münasibətlərini rəsmi olaraq qeydiyyata aldırmayan cütlükləri vergiyə cəlb ediblər. Həmin cütlüklər il ərzində 120 avro məbləğində vergi ödəyirlər.
  • Tatuaja və pirsinqə görə vergi. Belə bir vergi 2005-ci ildə Amerikanın Arkanzas ştatında tətbiq olunub. Həmin verginin tətbiqindən sonra bahalı tatuaj rəsmlərinin çəkilişi üçün xidmətlərin haqqı 6 faiz yüksəlib. Belə bir qərar qeyri-peşəkar tatuaj və pirsinq salonlarına qarşı kampaniya çərçivəsində tətbiq edilib. Hakimiyyət orqanları bunu həmin qeyri-peşəkar salonlarda insanların QİÇS-ə yoluxma riskinin ola biləcəyi amili ilə əlaqələndirib.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email