PAŞA Bankda yeni biznes hesabı açan sahibkarlar üçün 25 AZN-dən başlayan “Xoş gəldin” tarif paketləri təqdim olunub.
Biznes ehtiyaclarına uyğun olaraq Start, Proqres və Biznes tarif paketi üzrə aylıq ödənişlər 25, 85 və 165 AZN təşkil edir.
Paketlərə komissiyasız ölkədaxili və beynəlxalq köçürmələr, əməkhaqqı ödənişləri, valyuta mübadiləsi, mədaxil və məxaric əməliyyatları daxildir. Seçilmiş paketlər çərçivəsində bankın bəzi ödənişli məhsul və xidmətlərindən də pulsuz istifadə etmək mümkündür. Yeni tarif paketlərindən yararlanan sahibkarlar biznes xərclərinə ayda 340 AZN-dək qənaət edə bilərlər.
Paketlərə əlavə olaraq satış, biznes, strategiya, vergi, mühasibatlıq və maliyyə sahələri üzrə ödənişsiz konsultasiyalar daxildir. Sahibkarlar tərəfdaş şirkətlərin xidmətlərindən 30%-dək endirimlə yararlana bilərlər.
Tarif paketləri ilə bağlı ətraflı məlumat almaq və biznes hesabı açmaq üçün keçid edin: https://pshb.az/4Bdcs5f
