POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyat aparılan vaxt hansı tarixdir?
2020-ci ilin yanvarın 31-də mal satılıb, ödəniş POS-terminal vasitəsi ilə nağdsız qaydada həyata keçirilib və satış məbləği kassaya daxil edilib, bank hesabına isə fevral ayında mədaxil olunub.
Sual: Həmin əməliyyat yanvar bəyannaməsində, yoxsa fevral bəyannaməsində əksini tapmalıdır?
Cavab: Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.
Buna əsasən, müraciətinizdə qeyd olunan halda nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyat aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.
Mənbə: taxes.gov.az
Bax:
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar
Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Hədiyyə kartları vergiyə necə cəlb edilir?