Pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə yaranan 1 % vergi mənfəət bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?
Sual: Hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar tərəfindən 1% dərəcəsi ilə tutulan sadələşdirilmiş vergi hüquqi şəxslər üçün hansı xərc tipinə aid edilir?
Cavab: Bildiririk ki, nağd qaydada bank hesablarından pul çıxarılmasına görə 1 faiz dərəcə ilə tutulan sadələşdirilmiş vergi məbləği “Mənfəət vergisi bəyannaməsi”nin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” adlı ikinci hissəsinin 233.5-ci sətrində əks etdirilməlidir.
Bax: Vergi Məcəlləsinin 119-cu maddəsi, Vergilər nazirinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinin tərtib edilməsi Qaydası”.
Mənbə: taxes.gov.az