Pullarını offşorlarda gizlədən Rusiya vətəndaşlarının adları açıqlanacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

«The Times» qəzetinin məlumatına əsasən, öz pul vəsaitlərini Böyük Britaniyaya aid offşor zonalarda – Virciniya və Kayman adalarında gizlədən Rusiya sahibkarlarının adları Böyük Britaniya parlamentində müzakirəsi keçiriləcək yeni qanun layihəsi qüvvəyə mindikdən sonra açıqlana bilər.

İndiyə qədər qüvvədə olan qanunvericilikdə Britaniyaya aid ada ərazilərində aktivləri olan sahibkarların adlarının açıqlanması tələb olunmurdu. Qəzetin yazdığına görə, mühafizəkarların və leyboristlərin koalisiyası, eləcə də Şotlandiya milli partiyasının təmsilçiləri bu qanun layihəsini dəstəkləyəcəklər. «Xanım Mey indiyə qədər dünyanı Rusiyanın beynəlxalq normaları pozmasına reaksiya verməyə çağırırdı. Əgər o öz vədini yerinə yetirmək istəyirsə, təsdiq etməlidir ki, dünyanın harasında olur-olsun pis məqsədlər üçün gələn çirkli pullar Britaniya bayrağı altında gizlədilə bilməz», – mühafizəkarların nümayəndəsi Endrü Mitçell «The Times» qəzetinə müsahibəsində demişdir.

Qeyd edək ki, 2014-cü ilin göstəricilərinə əsasən, dünyadakı on ən böyük offşor zonadan altısı Böyük Britaniyaya aiddir.

«The Sunday Times» qəzetinin son araşdırmasına əsasən, Rusiya vətəndaşlarının Britaniyanın offşor zonalarında saxladıqları vəsaitlərin məbləği 34 milyard funt sterlinq (47 milyard dollar) təşkil edir və həmin vəsaitin 30 milyard funt sterlinqi (41,5 milyard dollar) Virciniya adalarının payına düşür. Rusiya vətəndaşlarının offşor hesablarda saxladıqları ümumi məbləğ Böyük Britaniyanın özündəki banklarda saxladıqları vəsaitin  məbləğindən beş dəfə çoxdur.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email