333 saylı “Qanunvericilik üzrə ehtiyat” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Kapital ehtiyatları

“Kapital” Hesablar Planının 3-cü bölməsinin adıdır. Kapital (xalis aktivlər) dedikdə mühasibat uçotu subyektinin bütün öhdəlikləri çıxdıqdan sonra qalan aktivlərinin dəyəri başa düşülür. Kapital ehtiyatları bu bölmənin maddələrindən biridir. Mühasibat uçotu subyektlərində qanunverici və təsisedici sənədlər əsasında yaradılan belə ehtiyatlar Hesablar Planının 33-cü maddəsi üzrə açılmış hesablarda uçota alınır.

Kapital ehtiyatları dedikdə aşağıdakılar başa düşülür:

  • yenidən qiymətləndirmə üzrə ehtiyat;
  • qanunvericilikdə nəzərdə tutulan ehtiyat;
  • mübadilə üzrə ehtiyatlar;
  • nizamnamə ilə nəzərdə tutulmuş ehtiyatlar və sairlər.

Hesablar planının 333 saylı “Qanunvericilik üzrə ehtiyat” hesabı 33-cü maddə üzrə açılan hesablardan biridir.

AR MN kollegiyasının Q-01-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” 31.1-ci maddəsinə əsasən kapital ehtiyatları üzrə aşağıdakı hesablar açıla bilər:Kapital ehtiyatları maddəsi üzrəaçılan hesablar: Yenidən qiymətləndirməüzrə ehtiyat, Məzənnə fərqləri üzrə ehtiyat, Qanunvericilik üzrə ehtiyat, Nizamnamə üzrə ehtiyat. Kapitalın, o cümlədən kapital ehtiyatlarının tanınması və qiymətləndirilməsi “Maliyyə hesabatlarının təqdimatı” adlı 1 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartı (IAS 1) əsasında aparılır.

Biznes hesabi

“Qanunvericilik üzrə ehtiyat” hesabı üzrə tənzimlənmələr

Bu kapital hesabı qanunvericilik üzrə ehtiyatlar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub. Fondlar formalaşdıqda uyğun mühasibat yazılışı qeyd edilən hesabın kredit hissəsində, istifadə edildikdə isə debet hissəsində öz əksini tapır.

333 №li “Qanunvericilik üzrə ehtiyat” hesabında səhmdarlar arasında bölüşdürülməsi mümkün olmayan qanunvericilik aktlarına əsasən müəyyən edilmiş kapital ehtiyatları üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qanunvericilik üzrə ehtiyatın yaradılması zamanı yaranan hallar yuxarıda qeyd edilən qaydaların 31.8-ci, onların istifadəsi üzrə yaranan hallar isə 31.9-cu bəndi əsasında nizamlanır.

333 saylı hesab üzrə müxabirləşmə nümunələri

Müəyyən olmuşdur ki, hesabat ilinin sonunda “A” MMC-nin formalaşan xalis mənfəəti 80000 manatdır. “A” MMC-nin direktoru tərəfindən alınan qərara əsasən mövcud xalis mənfəətin 20000 manatı nizamnamə üzrə ehtiyyatlar üçün, 20000 manatı qanunvericilik üzrə ehtiyatlara və 20000 manat isə digər ehtiyatlara ödənilməlidir. Geriyə qalan 20000 manat Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) görə ayrılmalıdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Mallar xaricdən idxal edildikdə 801 – Ümumi mənfəət (Zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 80000.00
2 Mövcud xalis mənfəətin 20000 manatı Nizamnamə üzrə ehtiyat hesabına ödənildikdə  341 – Hesabat dövründə xalis mənfəət (zərər) 334 – Nizamnamə üzrə ehtiyat 20000.00
3 Mövcud xalis mənfəətin 20000 manatı Qanunvericilik üzrə ehtiyat hesabına ödənildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 333 – Qanunvericilik üzrə ehtiyat 20000.00
4 Mövcud xalis mənfəətin 20000 manatı Digər ehtiyatlar hesabına ödənildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 335- Digər ehtiyatlar 20000.00
5 Geridə qalan 20000 manat Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) görə ayrıldıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərər) 20000.00

Artıq ödənilən vergi və sosial sığorta haqlarının geri qaytarılması