Qazaxıstanda vergi amnistiyası elan edilib

posted in: Vergi, Xəbər | 0

vergi amnistiyasıQazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ölkə əhalisinə ənənəvi müraciətində demişdir: «2019-cu il yanvarın 1-dən kiçik və orta biznes üçün vergi amnistiyası həyata keçirməyə başlanmalı, penya və cərimələr ləğv edilməlidir, bu şərtlə ki, şirkətlər əsas vergi məbləğini tam ödəmiş olsunlar».

Aydın Kərimovla mühasibat uçotu kursu

Dövlət başçısının sözlərinə görə, kölgə iqtisadiyyatı ilə mübarizədə yalnız repressiya metodlarına əsaslanmaq olmaz, belə bir addımın atılması isə biznesi stimullaşdıra bilər: «İqtisadiyyatdakı gizli dövriyyənin qarşıdakı üç il ərzində ən azı 40 faiz azaldılması üçün təsirli addımların atılması zəruridir». Bu zaman iş adamlarını qeyri-qanuni təzyiqlərdən və hədələrdən də qorumaq lazımdır. «Qorxudaraq rüşvət alan» məmurlarla bağlı Nazarbayev cinayət işi açılması ilə bağlı göstəriş vermişdir.

Mənbə: vergiler.az
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *