Qədim Yunanıstanda vergi siyasəti (V hissə)

posted in: Xəbər | 0
birbank biznes

Qədim Yunanıstanda vergi siyasəti (V hissə)

IV hissəyə nəzər yetirin

Qədim Yunanıstanda vergi siyasətiYunan dövlətlərində mülk sahiblərinin mənafeyi ilə imkansızların mənafeyi arasında aydın bölgü var idi və onlar arasında baş verən toqquşmalar inqilablara səbəb olurdu. Vətəndaş qarşıdurmalarının səbəbləri Demokritə görə paxıllıq, Fukididə görə isə tamahkarlıq və şöhrətpərəstlik idi və onların hər ikisi şəxsi məsuliyyəti birinci yerə qoyurdu, iqtisadçı fikri isə IV əsrin ortalarında Platon tərəfindən ifadə edilmişdi: “Vətəndaş orqanının heç bir hissəsində nə dərin yoxsulluq, nə də zənginlik olmalıdır, çünki hər ikisi ixtilaflara səbəb olur ki, bunu münaqişə adlandırmaq daha düzgün olardı”.

Eramızdan əvvəl 355-ci ildə Ksenofon iqtisadi münasibətlərdə siyasi diaqnoz qoymuşdu: “Əksəriyyətin yoxsulluğu bizi hörmət göstərməyə deyil, digər dövlətlərlə münasibətlərdə təcavüzkar olmağa məcbur edir”.

Fəhlə sinfi və ya muzdlu işçilər əsasən qullarlardan ibarət olduqda, mülkiyyət sahibləri ilə yoxsullar arasında sosial uçurum genişlənirdi. Hətta ən kiçik kapital sahibi belə bir növ plebey peşəsi ilə dolanışığını təmin edən bir vətəndaşa yuxarıdan aşağı baxırdı. Zira kapital asudə vaxtı təmin edir və Aristotelin sözlərinə görə asudə vaxt “özünü inkişaf etdirmək və siyasətdə iştirak etmək üçün olduqca zəruridir”.

Kimin kapitalı yoxdursa, asudə vaxtı da yoxdur. Bu cür insanlar ixtisaslı bir kölə kimi yaşamaqdan ötrü çalışmaq məcburiyyətində qalırlar və işçi sinfini təşkil edirlər. Platon və Aristotel öz ideal dövlətlərində bütün vətəndaşları bu səviyyədən yuxarı qaldırırdılar, onlara iki növ kapital – torpaq və qullar bəxş edirdilər.

Torpaqların ayrılması ilə bağlı uğursuzluqdan sonra (kleruxiyalar – hər hansı bir qədim yunan dövlətinin vətəndaşlarının sərhədləri xaricində yerləşən mülkləri) demokratik liderlər yoxsul vətəndaşlara dövlət müavinətləri ödəməyə başladılar.

 Aristotel bu metodu pisləyirdi, çünki dövlət müavinəti yoxsulları proletariat səviyyəsindən yuxarı qaldırmaq üçün kifayət deyildi. Əvəzində “artıq gəlirlər böyük məbləğlərdə yoxsullara paylanmalıdır ki, onlar ticarət və ya kənd təsərrüfatı üçün torpaq və ya kapital əldə edə bilsinlər… və bu yolla onlar daimi rifaha nail olsunlar”.

Beləliklə, Aristotel yalnız maaşın fərqli bir növü kimi hesab etdiyi yoxsulluq müavinətlərində heç bir məna görmürdü. O hesab edirdi ki, bütün vətəndaşlar (və ya onların mümkün qədər çoxu) kapitala malik olmalıdırlar.


Mühasibat uçotu və iqtisadiyyat arasında fərq nədir?


Bundan əlavə, vətəndaşlar arasında fiziki əməyə nifrət artırdı. E. ə. V əsrdə bu bir o qədər də çox nəzərə çarpmıdısa, ancaq, IV əsrin ikinci yarısında özünü aşkar şəkildə büruzə verirdi.

Aristotel yazırdı ki, “ən yaxşı dövlət vətəndaşları fiziki əməyə məcbur etməməlidir, çünki bizim günlərdə əmək qulların və əcnəbilərin taleyidir”.

Siyasi baxımdan, dövlət demokratik olsaydı və siyasi vəzifələrini yerinə yetirməsi üçün ona pul versəydi, heç kim kasıb bir vətəndaşı siyasi hüquqlarından məhrum edə bilməzdi. Buna görə ən kasıb Afina vətəndaşları demokratiya və çox vaxt da aqressiv xarici siyasət uğrunda canfəşanlıqla mübarizə aparırdılar.

Artıq qeyd edildiyi kimi, varlı quldar elita öz əmlakına və cəmiyyətdəki imtiyazlı mövqelərinə qəsd edən kasıblardan qorxurdu. Platonun ifadəsinə görə, “hər bir şəhər, nə qədər kiçik olsa da, həmişə iki düşmən şəhərə malikdir: biri kasıbların şəhəri, digəri varlıların şəhəri.”

Təbii ki, dövlətlərin xarici siyasət imkanlarını zəiflədən bu proseslər yunan dünyasının taleyinin təhlükədə olduğunu anlayan siyasi xadimlər və mütəfəkkirlər arasında ciddi narahatlıq doğururdu.

E.ə. IV əsrdə sosial yenidənqurmanın bir sıra mahiyyətcə siyasi layihələri meydana çıxırdı ki, layihə müəllifləri onların təməlində yatan səbəbləri anlamadan müasir cəmiyyətin görünən xəstəliklərini sağaltmağa çalışırdılar.

İlk növbədə, zəngin və kasıb vətəndaşlar arasında münasibətlərin nizama salınması üçün tədbirlər təklif edilirdi. Aristofan öz komediyalarında bu cür layihələrin iki növünü qrotesk şəkildə əks etdirmişdi.

Onlardan birində daşınar və daşınmaz bütün əmlakı ictimailəşdirməklə bərabərsizliyin aradan qaldırılması, dövlət vəsaiti hesabına asudə və xoşbəxt yaşamaq təklif olunurdu. İkinci layihədə söhbət sərvətin ədalətli bölgüsündən gedirdi – onu “pis adamlardan” alıb “zəhməkeş işçilərə” vermək lazım olduğu bildirilirdi.

Hər iki halda da qulların mövcudluq üçün lazım olan maddi nemətləri əldə edəcəyi güman edilirdi. Komediya, Afina dövlətinin sosial-iqtisadi və siyasi böhranını aradan qaldırmaq üçün o dövr üçün aktual olan fikirləri əks etdirirdi.


VI hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email