Rəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını təmin etmək mümkündür

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Rəqəmsal ödənişRəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını, eyni zamanda, bank-maliyyə sektorunun güclənməsini təmin etmək mümkündür.

Bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Bax: Bu ilin 6 ayında sığortaedənlərin penya və maliyyə sanksiyaları üzrə 57 mln. manata yaxın borcu silinib

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqram ölkənin nağdsız cəmiyyətə doğru təfsilati tədbirlər planını ehtiva edir. Sənəddə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi strateji məqsəd kimi müəyyən edilib.

Dövlət Proqramının hazırlanmasında böyük təcrübəyə malik “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının cəlb olunduğunu söyləyən R.Mahmudov layihə dövründə icraçı təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə çoxsaylı görüşlər keçirildiyini, Bakı şəhərində və 9 rayonda 560 təşkilat və 700 istehlakçı arasında sorğu və müsahibə təşkil edilərək, ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillərin təhlil olunduğunu vurğulayıb.

Bax: Azərbaycanda 13 yerli şirkət ləğv edildi

Onun sözlərinə görə, bu gün dövriyyədə 2 milyona yaxın əməkhaqqı kartı var. Lakin gündəlik həyat tərzində vətəndaşların nağd ödənişlərə üstünlük verdiyi, bir sıra təsərrüfat subyektlərinin POS-terminallardan istifadədən yayındığı bir şəraitdə innovativ ödəniş vasitələrinin geniş yayılmasından danışmaq çətindir: “Əgər bu gün təsərrüfat subyektləri nağdsız ödənişlərə keçiddən yayınırsa, deməli, burada hansısa verginin ödənilməsindən yayınma motivi var. Bu səbəbdən, əsas hədəflərdən biri də vergi inzibatçılığının, vergi sisteminin yaxşılaşdırılmasıdır. Vergilər Nazirliyinin nağdsız ödənişlərin artımında böyük marağı var və nazirlik bu istiqamətdə Mərkəzi Bankla sıx əməkdaşlıq edir”

Mərkəzi Bankın təmsilçisi qeyd edib ki, məşhur “Moody Analitik”in hesablamalarına görə, nağdsız ödənişin bir faiz artımı ümumi daxili məhsulun ortalama 0,1 faiz artımına bərabərdir. Bu isə kifayət qədər böyük rəqəmdir. Rəqəmsal ödənişlərin daha çox artımına nail olmaqla, vergi bazasının artımını, eyni zamanda bank-maliyyə sektorunun güclənməsini təmin etmək mümkündür.

Mənbə: azertag.az

Bax: Fiziki şəxsin xidmət göstərdiyi obyekt şəxsən özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidir?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email