Rusiya altıillik vergi rejiminə hazırlaşır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

RusiyaRusiya Prezidenti Vladimir Putin hazırda hökümətin üzərində iş apardığı altıillik vergi rejimini təsdiqləyəcəyini bəyan etmişdir. “Mən artıq mikroiqtisadi siyasətin sabitliyi barədə danışmışam, biz eyni nəticəyə vergi siyasətində də nail olacağıq, – Peterburqda keçirilmiş beynəlxalq iqtisadi forum çərçivəsində Rusiya-Fransa dialoqu zamanı çıxış edən Predizent Putin bildirmişdir. – Hazırda hökümət vergi rejimində müəyyən dəyişikliklər üzərində iş aparır, bu iş başa çatdıqdan sonra biz həmin rejimi qarşıdakı altı il üçün qəbul edəcəyik”.

Rusiya Prezidenti qeyd etmişdir ki, işgüzar mühiti dəyişmək üçün hökümətin böyük bir proqramı var. Vergi məsələsi ilə bağlı isə bildirilmişdir ki, işgüzar dairələr vergi şərtlərinə əməl ediləcəyinə əmin ola bilərlər: inzibati əngəllər aradan qaldırılacaq, biznes üzərindəki təzyiqlər aşağı salınacaq: “Hələ həyata keçiriləcək çox işlər var. Bu, təkcə bizim problemimiz deyil. Mən bilirəm ki, dünyanın bir çox ölkələrində biznes bu təzyiqlərlə qarşılaşır”.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email