Rusiyada oyun biznesindən tutulan verginin dərəcəsi ikiqat artırılıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Rusiya Federasiyasının Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yanvarın 1-dən oyun biznesindən tutulan vergilərin minimal və maksimal dərəcələri ikiqat artırılmışdır.

Oyun biznesinə görə vergi hər bir oyun masasından, oyun avtomatından, totalizatorun və bukmeyker kontorunun prosessinq mərkəzindən, eləcə də bukmeyker kontorunun və totalizatorun stavka qəbuletmə məntəqəsindən hər ay tutulur. Bu ildən başlayaraq, bir oyun masası üçün aylıq vergi 50 min rubldan (1493 manat) 250 min rubla (7500 manat), hər oyun avtomatı üçün aylıq vergi isə 3 min rubldan (90 manat) 15 min rubla (450 manat) qədər müəyyənləşdirilmişdir. Bukmeyker kontorunun prosessinq mərkəzinin ödəyəcəyi aylıq verginin məbləği də oyun masası üçün müəyyənləşdirilmiş verginin məbləği ilə eynidir – 50 min rubldan 250 min rubla qədər. Stavkaları qəbul edən hər bir totalizator və ya bukmeyker kontoru ayda 10 min rubldan (298,7 manat) 14 min rubla qədər (418,2 manat) vergi ödəməlidir.

Bundan əlavə, oyun biznesi ilə məşğul olan obyektlərin siyahısı da genişləndirilməlidir. İndi interaktiv stavkaları qəbul edən bukmeyker kontorlarının və totalizatorların prosessinq mərkəzlərinin sahibləri də vergi ödəməlidirlər: onlar üçün vergi dərəcəsi 2,5 milyon rubldan (74.670 manat) 3 milyon rubl (89.605 manat) civarındadır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email