Sahibkarlar barəsində mübahisələr

posted in: Xəbər | 0

Sahibkarlıq fəaliyyətinin gedişində istər sahibkar fiziki şəxslər, istərsə də hüquqi şəxslər arasında müqavilə və ya deliktdən əmələ gələn hüquqi mübahisələr yarana bilir. Bu tip mülki xarakterli mübahisələrə mövcud qanunvericiliyə əsasən mülki prosessual qaydada baxılır.

2021-ci il iyulun 1-dən başlayaraq ölkə ərazisində geniş tətbiqinə başlanan “Mediasiya haqqında” qanunun müvafiq müddəaları (maddə 3.2, 28 və 29) kommersiya mübahisələrinin məhkəməyəqədər mərhələ olaraq mediasiya prosesinin məcburiliyini nəzərdə tutur. Mediasiya prosesi üzrə tərəflər arasında barışıq sazişi əldə edilə bilmədikdə isə məhkəməyə müraciət edilməsi nəticəsində mübahisələrin həlli mümkündür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddə 25-26) mövqeyi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri aşağıdakı işlər üzrə sahibkarlar arasında yaranmış mübahisələrə baxır:

  • Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat;

Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda

  • Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
  • İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)

Mövzu çərçivəsində onu da qeyd edək ki, tərəflərdən biri fərdi sahibkar olmayan vətəndaş olduqda, bu halda ümumi (rayon-şəhər) məhkəmələr mübahisələrə baxır. Həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq tərəflər müqavilədə işin arbitraj məhkəməsində baxılacağını yaxud fərqli bir tənzimləmə olacağını qeyd edərsə, bu halda həmin tənzimləmədən sonra müvafiq məhkəməyə müraciət etmək mümkündür.


Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *