Pandemiya dövründə sahibkarların mənfəət vergisi necə hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

mənfəət vergisi, inventarlaşdırma, 2020-ci il dövlət büdcəsi, maaşPrezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixində imzaladığı fərmana əsasən, 2020-ci ilin yanvar ayının 1-dən 1 il müddətinə hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisinə güzəştlər nəzərə tutulub. Mövzu ilə bağlı maraq doğuran məqamları maliyyə mütəxəssisi Elməddin Məmmədov şərh edir.

Vergi Məcəlləsinə əlavə olunmuş 224.1.2-ci maddəsdə göstərilir ki, Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət sahəsində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar əldə edikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadır.
Bu güzəştlərin əsas məqsədlərindən biri pandemiyadan zərər çəkmiş şəxslərin vergi yükünü azaltmaq və postpandemiya dövründə həmin şəxslərin fəaliyyətlərini yenidən canlandırmağa kömək etməkdir.

Misal 1: Mənfəət vergisinin ödəyicisi olan və magistratura hazırlığı üzrə fəaliyyət göstərən müəssisə 2020-ci il üzrə 50.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsi üzrə çəkilən xərcləri isə 15.000 manat olub. Bu halda müəssisənin cari ildəki mənfəəti 35.000 manatdır (50000-15000=35000). Müəssisənin orta illik işçi sayının 14 nəfər olduğunu nəzərə alaraq Vergi Məcəlləsinin 224.1.2-ci maddəsini tətbiq etməklə mənfəət vergisini hesablayaq:

50.000-15.000=35.000 manat

Buradan mənfəətə 75 faiz güzəşt tətbiq etməklə vergidən azad olan hissənin tapırıq:

35.000*75%=26.250

Buradan isə vergi tutulan hissə hesablanır:

35.000 -26.250=8750 manat

Vergi tutulan hissədən mənfəət vergisi belə hesablanacaq:

8750*20%=1750 manat

Beləliklə, müəssisənin cari il üzrə mənfəət vergisi 1.750 manat olacaq. Əgər vergi güzəşti tətbiq olunmasaydı, həmin təhsil müəssisəsinin mənfəət vergisi 7.000 manat olacaqdı.

Misal 2: Gəlir vergisi ödəyicisi olan və ölkədaxili sərnişin daşıması üzrə fəaliyyət göstərən fərdi sahibkar 2020-ci ildə 20.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsinə çəkilən xərclər 5.000 manat təşkil edib. Bu halda fərdi sahibkarın cari ildəki mənfəəti 15.000 manatdır.

20.000-5000=15.000 manat

Vergi Məcəlləsinin 224.1.2-ci maddəsini tətbiq etməklə mənfəət vergisini hesablayaq:

20.000-5000=15.000
15.000*75%=11.250 manat
15.000 -11.250=3750
3750*20%= 750 manat

Beləliklə, fərdi sahibkar bu il 750 manat mənfəət vergisi ödəməlidir. Əgər vergi güzəşti tətbiq olunmasaydı, onun ödəməli olduğu mənfəət vergisinin məbləği 3000 manat olacaqdı. Vergi Məcəlləsinə edilən dəyişiklik fərdi sahibkara 2250 manat vəsaitə qənaət etmək imkanı qazandırıb.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email