Sərbəst mühasib dedikdə kim nəzərdə tutulur və onun vergi öhdəlikləri nədir?

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Sərbəst mühasib dedikdə kim nəzərdə tutulur və onun vergi öhdəlikləri nədir?

Mühasibat uçotu Sərbəst mühasibSual: DSMF üzrə Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında; Əgər mən bir müəssisəyə xidmət müqaviləsi ilə ayda 1 dəfə mühasibat xidməti göstərirəmsə, mən nə qədər DSMF ödəməliyəm? ( bu günə kimi belə idi – 130*20%, sonra 180*20% gələn ildən 200*25% olacaq). Sərbəst mühasib dedikdə kim başa düşülür?

Sual 2: Yeri gəlmişkən DSFM vergiyə aid olduqdan sonra 1 rüb hesabatı verdikdən sonra borc bildirişləri gəlir, halbuki sosial fondun nəzdinde olan zamanlarda artıq ödənişlərimiz üçün hər ay ödənilən vəsaitləri sistemdə görə bilmirik, nə elektron hökümətdə hesabatın içinde görünür nə də vergi sistemində. Nə üçün?

Cavab: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.5-ci maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Buna əsasən vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblərin gəlirləri olduğu halda həmin gəlirlərdən (həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra) 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Sərbəst mühasib dedikdə əmək müqaviləsi bağlamadan fərdi qaydada bir və ya bir neçə müəssisədə mühasibat xidmətinə rəhbərlik etmək, mühasibat uçotu əməliyyatları aparmaq, mühasibat uçotuna dair məsləhətlər vermək və mühasibat uçotu ilə bağlı digər işləri yerinə yetirmək hüququna malik şəxslər başa düşülür.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email