Səudiyyə Ərəbistanı ƏDV üzrə vergi öhdəlikləri müəyyənləşdirib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Ölkənin vergi agentliyinin vergi ödəyicilərinə göndərdiyi bildirişdə göstərilmişdir ki, yeni tətbiq olunan əlavə dəyər vergisi üçün qeydiyyata alınmış, illik gəliri 40 milyon rialdan (10,6 milyon ABŞ dolları) artıq olan müəssisələrin hamısı hər ay vergi bəyannaməsi təqdim etməlidir.

Beləliklə, bu kateqoriyaya aid edilən müəssisələr yanvar ayına aid bəyannamələrini fevralın sonuna qədər vergi orqanlarına çatdırmalıdır. İllik dövriyyəsi 40 milyon rialdan az olan müəssisələr isə bəyannamələrini rüblük əsasda – üç aydan bir verəcəklər. Başqa sözlə, bu kateqoriyaya aid vergi ödəyiciləri ilk bəyannamələrini 2018-ci ilin aprel ayının sonuna qədər təqdim etməlidirlər.

Vergi agentliyinin məlumatında bəyannamələrin vaxtında verilməməsi ilə bağlı qanunda nəzərdə tutulan cərimələr barədə ayrıca xəbərdarlıq edilmişdir: cərimənin məbləği ödənilməli olan verginin məbləğinin 5 faizindən 25 faizədək müəyyənləşdirilmişdir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email