Şəxsi bank hesabına gələn vəsait vergi riski yaradırmı?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi riski

Sual: Qeyri-sahibkarlıq məqsədilə bank hesabı açılarsa və o hesaba digər şəxslər tərəfindən pul vəsaiti daxil olarsa bunun nə kimi riskləri vardır?

Cavab: Bildiririk ki, bank hesabları cari hesab, cari subhesab, ssuda hesabı, əmanət (depozit) hesabı və müxbir hesab formasında açıla bilər. Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə dublikat əsasında açılan hesablar üzrə aparılmış əməliyyatlara vergi orqanları tərəfindən nəzarət edilir. Vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə şübhə yarandığı halda vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Bununla yanaşı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədi ilə əməliyyatlar apardığı aşkar edildiyi halda aparılan belə əməliyyatlara görə ödənilməli olan verginin 50 faizi məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir.

Bax: Vergi Məcəlləsinin 23.1.6-1-ci və 37-ci maddələri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email