“Sosial sığorta və təminat üzrə öhdəliklər”
Vergilər, sosial sığorta və təminat üzrə öhdəliklər Hesablar Planının 52-ci maddəsi üzrə açılan hesablarda uçota alınır. 522 saylı “Sosial sığorta və təminat üzrə öhdəliklər” hesabı bu maddəyə aid olan hesablardan biridir.
Sosial sığorta haqqı həm işçi, həm də işəgötürən tərəfindən ödənilməli olan icbari ödənişdir. Bu icbari ödənişlər işçi üçün hesablanmış əməkhaqqı üzərindən hesablanır. Yəni işçinin əməkhaqqısından və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirlərdən həm işçidən, həm də işəgötürənin hesabına (işçinin xeyrinə) sosial sığorta haqları hesablanır. İşçinin ay ərzində işlədiyi günlərə uyğun müəyyən edilmiş əməkhaqqından sosial sığorta haqları çıxıldıqdan sonra qalan məbləğ ona ödənilir.
Sosial sığorta və təminat üzrə öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 42.1-ci maddəsinə görə vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin uçotu üçün aşağıdakı hesablar açıla bilər:
522 saylı hesab üzrə tənzimləmələr
Öhdəlik (passiv) hesabı olan 522 №-li “Sosial sığorta və təminat üzrə öhdəliklər” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmış, tutulmuş, hesabat tarixindən sonra 12 ay ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-ə ödənilməli olan sosial sığorta və təminat üzrə öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Sosial sığorta və təminat üzrə öhdəliklər yarandıqda yuxarıda qeyd edilən qaydaların 42.15.-ci, öhdəliklər ödənildikdə 42.18.-ci, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı 42.19.-cu bəndi tətbiq edilir.
İstehsal prosesilə əlaqədar olmayan sahədə əməkhaqqından sosial sığorta haqları
“A” MMC-nin 5 nəfər işçisinin əməkhaqqı məlumatları aşağıdakı kimidir:
1-ci işçinin əməkhaqqısı: 1200 manat
2-ci işçinin əməkhaqqısı: 1200 manat
3-cü işçinin əməkhaqqısı: 1100 manat
4-cü işçinin əməkhaqqısı: 900 manat
5-ci işçinin əməkhaqqısı: 600 manat
Cəmi hesablanan əməkhaqqı 5000 manat təşkil edir. Tutulmalar hər bir işçi üzrə ayrı-ayrılıqda edilir, müxabirləşmə zamanı həmin tutulmalar cəmlənərək əks etdirilir.
İşçi tərəfindən ödənilən sığorta haqlarının uçotu:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əməkhaqqı hesablandıqda | 721 – İnzibati xərclər | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 5000.00 |
2 | İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 430.00 |
3 | İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 25.00 |
4 | İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 100.00 |
İşəgötürən tərəfindən ödənilən sığorta haqlarının uçotu:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) | 721 – İnzibati xərclər | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 820.00 |
2 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 721 – İnzibati xərclər | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 25.00 |
3 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 721 – İnzibati xərclər | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 100.00 |
Ödəniş sosial sığorta haqları üzrə ayrı-ayrılıqda həyata keçirilir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İşçiyə əməkhaqqı ödənildikdə | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 223 – Bank hesablaşma hesabları | 4445.00 |
2 | İşçiyə görə hesablanan sosial sığorta haqqı ödənildikdə (3%) | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 430.00 |
3 | İşəgötürən hesabına sosial sığorta haqqı ödənildikdə (22%) | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 820.00 |
4 | İşçiyə görə hesablanan işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 25.00 |
5 | İşçiyə görə hesablanan icbari tibbi sığorta haqqı ödənildikdə (2%) | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 100.00 |
6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı ödənildikdə (0.5%) | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 25.00 |
7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı ödənildikdə (2%) | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 100.00 |
İstehsal prosesilə əlaqədar sahədə əməkhaqqı hesablandıqda sosial sığorta haqları
“A” MMC dəmir qapıların istehsalı fəaliyyətilə məşğul olan müəssisədir. Müəssisənin 35 nəfər işçisinin 27-si istehsal binasında, 8-i isə inzibati binada işləyir. İnzibati binada işləyən işçilərdən fərqli olaraq istehsalatda çalışan işçilərin əməkhaqqı xərcləri istehsalat məsrəflərinə aid edilir.
İstehsal binasında işləyən işçilər üçün cəmi hesablanmış əməkhaqqı 14050 manat təşkil edir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əməkhaqqı hesablandıqda | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 14050.00 |
2 | İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 1027.00 |
3 | İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 70.25 |
4 | İşçi hesabına icbari tibbi sığorta haqqı hesablandıqda (2%) | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 281.00 |
5 | İşəgötürən hesabına sosial sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (22%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 2485.50 |
6 | İşəgötürən hesabına işsizlikdən sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (0.5%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 70.25 |
7 | İşəgötürən hesabına icbari tibbi sığorta haqqı istehsalat məsrəflərinə aid edildikdə (2%) | 202 – İstehsalat (iş və xidmət) məsrəfləri | 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər | 281.00 |
Hesablanmış faizlər üzrə müxabirləşmə nümunsi
“A” MMC tərəfindən may ayının sonunda işçilərin əməkhaqqıları ödənilmişdir. Lakin hesablanmış sosial sığorta haqları müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən faiz hesablanmışdır.
İşçi hesabına sosial sığorta haqqına (məcburi dövlət sosial sığortası) görə hesablanan faiz – 25 manat
İşəgötürən hesabına sosial sığorta haqqına (məcburi dövlət sosial sığortası) görə hesablanan faiz – 48 manat
Faizin uçotu aşağıdakı kimidir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə faiz hesablandıqda | 341 – Hesabat dövründə xalis mənfəət (zərər) | 522-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 73.00 |
2 | Faizin ödənişi həyata keçirildikdə | 522-5 – Sosial sığorta və təminat üzrə öhdəliklər | 223 – Bank hesablaşma hesabları | 73.00 |