Şirkətlər süni intellekt və auditdən narahat olmalıdırmı?

posted in: Audit, Məqalə, Xəbər | 0
birbank biznes

süni intellekt mühasibat uçotuTexnologiyalarda əhəmiyyətli irəliləyişlər gündəlik vəzifələrimizi yerinə yetirmə tərzimizi dəyişib. Maşınların və robotlaşdırılmış platformaların mövcudluğu sayəsində indi düyməyə bir toxunuşla işinizi başa çatdıra bilərsiniz. Bu, çox asandır.

Süni intellekt işinizi əlinizdən almayacaq

Nəyin tətbiq olunacağını bilən firmalar və peşəkarlar süni intellektin öz peşələrinə inteqrasiya olunmasından narahatlıq keçirməməlidirlər. Robotlaşdırılmış mühasibat uçotu əməkdaşlarınızın məhsuldarlığı və effektivliyi barədə təsəvvürü möhkəmləndirir ki, bu da sizə onların mühasibatlıq bacarıqlarından istifadə etməyə imkan yaradır. Mühasibat uçotunun aparılması, məlumatların əl ilə daxil edilməsi və əmək haqqının hesablanması kimi təkrarlanan vəzifələr yerinə yetirildikdə, mühasiblər müştəriləriniz üçün keyfiyyətli həllər təqdim etməyə daha çox diqqət yetirə bilərlər.

Mühasibat uçotu və auditdə Sİ işçilərinizə daha çox dəqiqləşdirilmiş qərarlar qəbul etməkdə böyük şans verir və audit xidmətlərinin keyfiyyətinin səviyyəsini artırır.

Süni intellektin üstünlükləri

Ən yaxşı nəticələrin ortaya çıxarılması

Auditdə avtomatlaşdırma, robot texnikası və koqnitiv texnologiyalardan istifadə, bu yolda səhvetmə ehtimalını azaldır. Süni intellekt əl ilə daxiletmə ilə müqayisədə böyük miqdarda məlumatı daha qısa müddətdə emal edir.

“Forbes Insights”a görə, SI məlumat yığınını hər hansı bir şəxsdən və ya insan qrupundan daha sürətli və daha dəqiq bir emal edə bilir. Məsələn, çoxlu sayda icarə müqavilələri bir avtomatlaşdılmış maşın tərəfindən oxuna və diqqətlə təhlil edilə bilər və avtomatlaşdırıldıqda, meyarlar təyin etməklə lazımi məlumatları çıxara bilər.

Əməkdaşların ixtisasının artırılması

Süni intellektin daha dəqiq nəticələr verdiyi doğru olsa da, dəqiq audit qeydlərinin əldə edilməsində insan mühakiməsinin hələ də vacib olduğunu nəzərə almalısınız. Siz mühasibat uçotu tapşırıqlarınızı asanlaşdırdıqca, əməkdaşlarınızın rollarının əhatə dairəsi genişlənir. Bu da onlara öz işlərini yerinə yetirərkən, bacarıqlarını təkmilləşdirmək imkanı verir. Onlar daha qiymətli audit nəticələrini əldə etmək üçün daha dərin və daha geniş məlumatları təhlil edə bilərlər. Əməkdaşlarınız bu monoton tapşırıqları bir kənara atıb, adi öhdəliklər çərçivəsindən kənara çıxan tapşırıqları yerinə yetirə bilərlər.

Auditdə süni intellektin bütün üstünlükləri mühasibat uçotu və audit sənayesinin innovativ gələcəyinə yönəlib. Süni intellektin inkişafı ilə sizin şirkət daha intellektual və yaxşı iş mühitində öz rəqiblərini ötüb keçə bilər.


Print Friendly, PDF & Email