Ölkə xaricinə təmir üçün ödədiyimiz vəsait ÖMV və ƏDV-yə cəlb edilir?
Sual: Rezident A müəssisəsi özünə məxsus avadanlığı qeyri-rezident B müəssisəsində təmir etdirir. Təmirin (xidmətin) həyata keçirildiyi yer Azərbaycan Respublikasının ərazisi deyil.
Sual belədir; Təmir üçün B müəssisəsinə vəsait ödəyən A müəssisəsi B müəssisəsinə ödədiyi vəsaitdən ödəmə mənbəyindən vergi tutmalıdırmı?
Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və bu gəliri ödəyən rezident şəxs tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.
Qeyd edilən xidmətə görə qeyri-rezidentə ödənilən məbləğ ƏDV-yə cəlb edilmir.
Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci maddələri.
Mənbə: taxes.gov.az