111-ci hesabda torpaq, tikili və avadanlıqların xaric olması üzrə müxabirləşmələr

posted in: Xəbər | 0

“111-ci hesabda torpaq, tikili və avadanlıqların daxil olması  üzrə müxabirləşmələr”  adlı məqalədə belə aktivlərin əldə edilmə mənbələrinə aydınlıq gətirdik. Qeyd edək ki, müəssisənin uzunmüddətli aktivlərinin tərkibinə daxil olan torpaq, tikili və avadanlıqlar Hesablar Planının 11-ci maddəsinə  uyğun olaraq uçota alınır. Onların uzunmüddətli aktiv kimi tanınması 16 №-li “Torpaq, tikili və avadanlıqlar” Mühasibat Uçotunun Beynəlxalq Standartına  əsasən həyata keçirilir. Belə aktivlərin uçotu haqqında buradan oxuya bilərsiniz.

İndi isə müəssisədən torpaq, tikili, avadanlıqların xaric edilməsi hallarını nəzərdən keçirək.  Nümunələrdə verilmiş müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında tənzimlənir.

Torpaq, tikili, avadanlıqların satışı

Nümunə 1:  “A” MMC dəyəri 2700 manat olan Avadanlığı istifadə etdikdən sonra qalıq dəyəri ilə “D” MMC-ə satmışdır. Yığılmış amortizasiya məbləği 540 manat olmuşdur. Avadanlığın satış qiyməti 2400 manat təyin edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqlar satıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 2700
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 540
3 Torpaq, tikili və avadanlıqlar mənfəətlə satıldıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 2400
4 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 432
5 Gəlir kimi tanınan Torpaq, tikili və avadanlıqlar Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 2400
6 Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 2160

Torpaq, tikili, avadanlıqların əvəzsiz verilməsi

Nümunə 2: “A” MMC qalıq dəyəri 4000 manat olan Əsas vəsaiti “D” MMC-ə əvəzsiz olaraq, yəni qarşılığında hər hansı ödəniş almadan təqdim etmişdir. Yığılmış amortizasiya məbləği 1000 manat olmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi qərara alındıqda – ilkin dəyəri ilə 731-9 “Əvəzsiz olaraq verilmiş aktivlər” 111 “Torpaq, tikili və avadanlıqların dəyəri” 5000
2 Yığılmış amortizasiya məbləği silinir 112 “Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” 731-9 “Əvəzsiz olaraq verilmiş aktivlər” 1000
3 Əvəzsiz verilməsi ilə bağlı xərclər 801 “Ümumi mənfəət (zərər)” 731-9 “Əvəzsiz olaraq verilmiş aktivlər”
4 Əvəzsiz verilmiş torpaq, tikili və avadanlıqlar üzrə  zərər 801 “Ümumi mənfəət (zərər)” 731-9 “Əvəzsiz olaraq verilmiş aktivlər” 4000
5 ƏDV hesablanması 801 “Ümumi mənfəət (zərər)” 521 “Vergi öhdəlikləri” Bazar dəyərinə əsasən

Əskik gəlmələr

Birinci hal: 1-ci halda torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri və bundan təqsirkar hesab edilən şəxslər məlum olur. Belə olduqda, sözügedən torpaq, tikili, avadanlıqlar təqsirkar şəxsin yəni, müəssisənin işçisinin yaxud rəhbər şəxsin hesabına aid ediləcək, onun əməkhaqqısından tutulacaqdır.

Nümunə 3: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus balans dəyəri 5000 manat, yığılmış amortizasiya məbləği 1250 manat olan əsas vəsaitin uçot sənədlərində qeyd olunmasına baxmayaraq, real olaraq mövcud olmaması, itməsi halı aşkarlanmışdır. Auditor Əsas vəsaitin əskik gəlməsinin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş və həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin Əsas vəsait işçinin hesabına aid edilmiş və əməkhaqqısından tutulmuşdur. “A” MMC üçün bu əməliyyat Əsas vəsaitin təqdim edilməsi kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn Torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 5000,00
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 1250,00
3 Torpaq, tikili və avadanlıqlar müəssisənin işçisinə təqdim edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 3750,00
4 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 675,00
5 Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 4425,00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 675,00
7 Gəlir kimi tanınan Torpaq, tikili və avadanlıqlar Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 3750,00
8 Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 3750,00

Nümunə 4: İkinci hal: Torpaq, tikili, avadanlıqların əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil. Əsas vəsait ilk alındığı tarixdə ƏDV məbləği əvəzləşdirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn Torpaq, tikili və avadanlıqlar balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 5000
2 Yığılmış amortizasiya silindikdə 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 1250
3 Alış tarixində əvəzləşdirilən ƏDV məbləği nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 521 – Vergi öhdəlikləri 900
4 Torpaq, tikili və avadanlıqlar qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 3750
5 Alış tarixində əvəzləşdirilən ƏDV məbləği xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 900

Əsas vəsaitlərin icarəsi

Print Friendly, PDF & Email