111-ci hesabda torpaq, tikili və avadanlıqların daxil olması üzrə müxabirləşmələr

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat praktikasında “Əsas vəsaitlər” kimi də şərh edilən torpaq, tikili və avadanlıqların uçotu Mühasibat Uçotunun Hesablar Planının 111 saylı aktiv hesabında aparılır. Bu haqda burada ətraflı məlumat vermişik.

Aşağıda torpaq, tikili və avadanlıqların daxil olması üzrə müxabirləşmə nümunələri verilib. Müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Torpaq, tikili və avadanlıqlar haqqı ödənilməklə digər müəssisələrdən alındıqda

Nümunə 1:  “A” MMC “B” MMC-dən dəyəri 2500 manat olan avadanlıq almışdır. 450 manat ƏDV hesablanmışdır. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 2500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 450.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
4 Kapitallaşdırılmış avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 2700.00

Torpaq, tikili və avadanlıqlar digər müəssisələrdən alınan zaman ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği torpaq, tikili və avadanlıqların ilkin dəyərinin üzərinə əlavə edilir.

Nümunə 2: “A” MMC “B” MMC-dən dəyəri 2500 manat olan avadanlıq almışdır. “A” MMC ƏDV ödəyicisi olmadığı üçün hesablanan 450 manat ƏDV məbləğini əvəzləşdirmək hüququ yoxdur. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 2500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 450.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 450.00
4 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 200.00
5 Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 3150.00

Müəssisənin təsisçisi tərəfindən torpaq, tikili, avadanlıqlar nizamnamə kapitalı şəklində qoyulduqda

Nümunə 3: “A” MMC-nin təsisçisi 4000 manat dəyərində əsas vəsaiti nizamnamə kapitalı şəklində qoymuşdur. Bu əsas vəsait quraşdırılan zaman 700 manat xərc çəkmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 4000.00
2 Nizamnamə kapitalı şəklində torpaq, tikili və avadanlıq qoyulduqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 4000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 700.00

Torpaq, tikili və avadanlıqlar müəssisə daxilində yaradıldıqda

Nümunə 4:  “A” MMC öz daxilində istifadə etmək məqsədilə əsas vəsait qurmaq qərarını almışdır. Bu əsas vəsaitin qurulmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 5 nəfərdir və cəmi 4750 manat əməkhaqqı hesablanmışdır. Əsas vəsait qurulan zaman 2800 manatlıq materialdan istifadə olunmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qurulma zamanı material istifadə edildikdə 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 201 – Material ehtiyatları 2800.00
2 Əməkhaqqı əsas vəsaitin dəyərinə aid edildikdə (kapitallaşma) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 4750.00
3 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 899.20
4 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (0.5%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 27.64
5 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (2%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 110.56
6 Əsas vəsait tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 8587.40

Torpaq, tikili və avadanlıqlar əvəzsiz alındıqda

Nümunə 5:  “A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən Əsas vəsait əldə etmişdir. Əsas vəsait quraşdırılarkən “A” MMC digər “C” MMC-ə 300 manat ödəniş etmişdir. Həmin Əsas vəsaitə bazar qiyməti tətbiq edilmiş və 2300 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən Torpaq, tikili və avadanlıqlar gəlir kimi tanındıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 2300.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 300.00
3 Kapitallaşdırılmış Torpaq, tikili və avadanlıqlar istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 2600.00
4 Gəlir kimi tanınan Torpaq, tikili və avadanlıqlar Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 2300.00

Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda

Nümunə 6: “A” MMC tikinti şirkəti olan “D” MMC-dən tikinti-quraşdırma işləri ilə bağlı xidmət almışdır. Xidmət haqqı 9800 manat təşkil etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 9800.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 1764.00

ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranmırsa, həmin ƏDV məbləği torpaq, tikili və avadanlıqların dəyərinin üzərinə əlavə edilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Torpaq, tikili və avadanlıqlar podratçı tərəfindən quraşdırıldıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 9800.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 1764.00
3 ƏDV-ni əvəzləşdirmək hüququ olmadıqda 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 241 – Əvəzləşdirilən ƏDV 1764.00

Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə

Nümunə 7:   “A” MMC dəyəri 250000 manat olan Əsas vəsaitin maliyyə icarəsi ilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “A” MMC Əsas vəsait üzrə borcu illərə mütənasib bölməklə ödəməlidir. 2-ci ilin sonunda Əsas vəsaitə görə olan 162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 162500.00
İlk ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 43750.00
4 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

İkinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 43750.00
4 Maliyyə icarəsi üzrə ikinci ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ikinci ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

Torpaq, tikili və avadanlıqlar və onların uçotu haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

Torpaq, tikili və avadanlıqların xaric olması mənbələri daha ətraflı məlumat almaq üçün  buraya keçid  ala bilərsiniz.

Print Friendly, PDF & Email