fbpx

Vergi azadolmaları və güzəştləri hansı torpaqlara aiddir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Kənd təsərrüfatıVergi Məcəlləsinin 207-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Mərkəzi Bankın və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən torpaqlar istisna olmaqla), habelə Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar vergidən azad edilmiş torpaqların siyahısına daxildir. (Vergi azadolmaları, vergi güzəştləri)

Bundan əlavə, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar da vergidən azad edilib. Xüsusi imtiyazı olan bir çox vətəndaşlara isə torpaq vergisi ilə bağlı güzəştlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.2-ci maddəsində belə şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Torpaq vergisi üzrə güzəştlərdən sahibkarlar da yararlana bilir. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlar da bu vergidən azad edilib.

Bunlarla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır. Siyahıda KOB klaster şirkətləri də var: həmin şirkətlər KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad ediliblər.



Onu da deyək ki, bəzi maliyyə qurumları da bu ildən torpaq vergisinə cəlb edilmir. Vergi Məcəlləsinin 207.7-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi və onun mülkiyyətində (balansında) olan torpağa görə 2019-cu il yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.

Print Friendly, PDF & Email
error: Content is protected !!