Trump kriptovalyutalara vergi təyin etdi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

1 Yanvar tarixindən başlayaraq müxtəlif kriptovalyutalar arasında daxili mübadilə də daxil olmaqla bütün kriptovalyuta tranzaksiyalarına ABŞ-da vergi qoyulacaq.

Ölkənin vergi məcəlləsinə bu barədə dəyişiklikləri prezident Donald Trump əlavə edib. Yeni dəyişikliklər ABŞ-ın vergi məcəlləsinin mübadilə tipli əməliyyatlar barəsində olan 1031 (a) 1 IRC maddəsini dəyişir. ABŞ-da həmin maddəni həmçinin “1031 əməliyyat” da adlandırırlar. Uzun illər ərzində həmin maddə sayəsində ABŞ vətəndaşları sənət əsərləri və daşınmaz əmlakın vergi ödəmədən mübadiləsini reallaşdırırdılar.

İndi isə bu qanun artıq kriptovalyutalar üçün çalışmayacaq. 2014-cü ildə kriptovalyutaya sahib olan insanlar kapitalları yüksəldikləri halda vergi ödəyirdilər. Və o halda ki onlar kriptovalyutanı real pula çevirsinlər. İndi isə bu qanun bir kriptovalyutanın digərinə dəyişilməsinə də şamil olunur. Bundan əlavə olaraq hansısa şəxsdə hansısa kriptovalyuta 1 ildən az bir vaxtda qalırsa, həmin kriptovalyuta 10%-dən 37%-dək Amerikanın standart fiziki şəxslərinin gəlir vergisinə düşür. 1 ildən çox qalan rəqəmsal tokenlər isə 24%-dək uzunmüddətli kapital yüksəlişi üzrə vergi altına düşürlər. Bundan sonra istənilən kriptovalyuta arasında aparılan hər bir əməliyyat (məsələn bitcoini efirə dəyişmək) nəticəsində istifadəçi fiziki şəxslərin gəlir vergisini ödəməli olacaq.

Mənbə: banker.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email