Türkiyədə özəl rabitə vergisinin dərəcəsi artırılıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi,Türkiyədə özəl rabitə vergisinin dərəcəsi 7,5 faizdən 10 faizə qaldırılıb. Bu vergi 1999-cu ildə baş vermiş zəlzələdən sonra təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə müvəqqəti tətbiq olunmağa başlamış, 2003-cü ildən isə daimi tutulması qərara alınmışdı.

Prezident sərəncamı ilə dərəcəsi artırılmış özəl rabitə vergisi aşağıdakı sahələri əhatə edir:
  • hər növ mobil elektron xəbərləşmə xidmətləri;
  • radio və televiziya yayımlarının peyk platforması və kabel mühitindən ötürülməsi ilə bağlı xidmətlər;
  • kabelli, kabelsiz və mobil internet servislərini təmin edən xidmətlər;
  • digər elektron xəbərləşmə xidmətləri.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email