Türkiyədə yeni iqtisadi proqram təqdim edilib

posted in: iqtisadiyyat, Xəbər | 0
birbank biznes

iqtisadi proqramÖlkənin xəzinə və maliyyə naziri Berat Albayrak 2019-2021-ci illəri əhatə edən üçillik yol xəritəsi ilə bağlı açıqlama vermişdir. Tarazlaşdırma, intizam və dəyişmə kimi üç təməl üzərində qurulacaq «Yeni iqtisadi proqram» adlı sənəddə bu il üçün iqtisadi artımın 3,8 faiz, gələn il üçünsə 2,3 faiz nəzərdə tutulmuşdur. Sənəddə inflyasiya proqnozları 2018-ci il üçün 20,8 faiz, 2019-cu il üçünsə 15,9 faiz müəyyənləşdirilmişdir.

Proqrama əsasən, dövlət maliyyəsinin prioritet hədəfləri mal və xidmətlər, sərmayə, iri investisiyalar, cari transfer və faiz xərclərinin azaldılması, eləcə də gəlirlərin artırılması olacaq. Nağd və vergi təşviqləri başda olmaqla, təşviq mexanizmlərinin hamısına yenidən baxılacaq, onlar bütövləşdirilmiş, sadə və səmərəli hala gətiriləcək. Təşviqlərin mikroiqtisadi hədəflərə və büdcəyə uyğunluğu təmin ediləcək. Davamlı xarakter daşımayan və konyuktur baxımından həssas gəlirlərin yaratdığı müvəqqəti qaynaqlara əsasən daimi mahiyyətli xərclərin yaranmasına yol verilməyəcək.

Bax: Azərbaycanda 17 yerli şirkət ləğv edildi

Dönər valyuta ilə sərmayə qoyulan əməliyyatların büdcə intizamı daxilində açıq, şəffaf və hesabatlılıq şərtlərinə əsaslanan idarəetmə və maliyyə fəaliyyətləri üzrə tənzimlənməsi aparılacaq. Dövlət mənbələrindən xərclənən vəsaitlərin izlənilməsini asanlaşdıracaq, şəffaflığı və hesabatlılığı artıracaq proqram çərçivəsində icraya əsaslanan büdcə həyata keçiriləcək. Vergi bazasının genişləndirilməsi və vergi sistemində ədalətin gücləndirilməsi məqsədilə səmərəsiz azadetmə, güzəşt və endirimlər mərhələli şəkildə ləğv olunacaq,  vergi qanunvericiliyi təkmilləşdiriləcək.

Vergi Məlumatlarının Təhlili Mərkəzinin qurulması ilə vergi yığımında fəallığın  artırılması və vergidən yayınma hallarının azaldılması təmin ediləcək.

Vergi ödəyicilərinə xidmət mərkəzinin fəallığının artırılması, həyata keçirilən «İnteraktiv vergi dairəsi» layihəsi ilə elektron xidmətlərin göstərilməsi, eləcə də kiçik vergi ödəyicilərinin vergi qeydiyyatının elektron mühitdə aparılması ilə könüllü vergi ödəmələrinin səviyyəsinin yüksəldilməsinə şərait yaradılacaq.

Bundan başqa, dəbdəbəli və ya idxal tələbatı yüksək olan məhsulların siyahısı yenilənərək vergi tənzimlənməsi həyata keçiriləcək. Daşınmaz əmlakın qiymətləndirilməsi qurumu yaradılacaq və inventarlaşdırma işləri başa çatdırılacaq. Dövlət qeydiyyatı xərclərinin və əmlak vergisinin əmlakın real dəyərindən tutulması təmin ediləcək və əmlak vergisi sistemi təkmilləşdiriləcək.

Yenidənqurma planı nəticəsində əmələ gələcək əlavə dəyər artımlarından dövlətə real miqyasda pay verilməsi və artımların ədalətli şəkildə bölüşdürülməsi təmin ediləcək. Dövlət və özəl sektor arasındakı əməkdaşlığın daha fəal və maliyyə baxımından əlverişli olması üçün müvafiq model yaradılacaq. Maliyyə cəhətdən davamlılığı təmin etmək və dövlət maliyyəsindən asılılığı azaltmaq üçün sosial sığorta sistemi daha da təkmilləşdiriləcək.

Mənbə: vergiler.az
Print Friendly, PDF & Email