“Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffettdən on sitat

posted in: Məqalə, Xəbər | 0
birbank biznes
Peşəkar investorlar barədə

Ben Qrehem investisiya sahəsində peşəkarların özlərinə necə davrandığını göstərən, 40 il bundan əvvəl baş verən bir əhvalatı danışmışdı. Cənnətin astanasında müqəddəs Pyotr neft kəşfiyyatçısını pis xəbərlə qarşılayır: “Sən burada məskunlaşmaq üçün uyğun gəlirsən – müqəddəs Pyotr belə deyir – amma, gördüyün kimi neftçilər üçün nəzərdə tutulan qəsəbə sonadək dolub, səni yerləşdirmək üçün yer qalmayıb”. Bir qədər düşündükdən sonra kəşfiyyatçı “burada yaşayanlara cəmi üç söz söyləyə bilərəmmi?” deyə sual verir. Onun bu sualı Pyotra ziyansız görünür və neftçi ovuclarını rupor kimi ağzına dayayaraq, qışqırır: “Cəhənnəmdə neft tapıblar”. Həmin anda qəsəbənin qapıları taybatay açılır və neftçilərin hamısı bir nəfər kimi cəhənnəmə tərəf irəliləməyə başlayırlar. Bundan təsirlənən müqəddəs Pyotr kəşfiyyatçını içəri daxil olmağa və ürəyi istəyən kimi yerləşməyə dəvət edir. Neftçi içəri daxil olmayıb dayanır. “Yox, – nəhayət o, dillənir. Mən də həmin adamların ardınca gedəcəyəm. Bəlkə bu deyiləndə hansısa həqiqət payı vardır”.

İşgüzar uğurlar barədə

Məndə çox vaxt belə hisslər yaranır ki, biznesdə uğursuzluqlarla bağlı əhvalatlar öyrənmək işgüzar uğurlardan daha faydalıdır. Biznes-məktəblərdə məhz, uğurları təhlil etmək qəbul olunub, amma, mənim tərəfdaşım olan Çarli Manqer deyir ki, o, yalnız bir şeyi bilmək istəyir – ölüm onu harada gözləyir. Yalnız o səbəbdən ki, heç bir halda həmin yerdə olmasın.


“Fidelity Magellan Fund” fondunun meneceri Piter Linçdən 10 sitat


Biznesdə problemlər barədə

Biz, mən və Çarli (biznes-tərəfdaş Çarli Manqer) mürəkkəb işgüzar problemləri necə həll edəcəyimizi bilmirik. Bizim bildiyimiz yeganə bir şey var – həmin problemlərdən yan qaçmaq. Bizim uğurlarımız daha mürəkkəb problemləri həll etmək bacarığımızdan daha çox, kiçik sahibkarlıq problemlərinin öhdəsindən gəlməyi öyrənməyimizdən qaynaqlanır.

İnvestorun məqsələrdi barədə

İnvestor öz qarşısında sadə bir məqsəd qoymalıdır – biznesi ona anlaşıqlı olan  və gəlirləri növbəti beş, on, iyirmi il ərzində böyük ehtimalla arta biləcək şirkətlərin kapitalından ağlabatan bir qiymətə pay almaq. Zaman keçdikcə, tədricən bazarda bu tələblərə cavab verən çox az şirkətlər qalacaq. Məhz, həmin səbəbdən investorlardan hər hansı biri bu cür xüsusiyyətlərə malik olan istənilən bir şirkət tapan kimi onun səhmlərini mümkün qədər çox almalıdır.

Həyatımda ən pis sərmayə

Bəlkə də, həyatımda ən pis qərarı mən 20 yaşımda, avtomobil təmiri məntəqəsi açmağa cəhd etdiyim zamanda vermişəm. O vaxt mən kapitalımın 20 faizini itirmişdim. Bu günə uyğun hesablasaq, düşünürəm ki, həmin məntəqənin açılışı mənə 800 milyon dollara başa gələrdi.


Biznes dünyasından maraqlı faktlar


Gəlirli biznes barədə

Mən sadəcə bütün şirkətin ümumi gəlirliliyini bir neçə bənd artırmaq naminə, gəlirliliyi normadan aşağı olan biznesi qapatmazdım. Lakin mən, hətta gələcəkdə böyük ehtimalla zərərlə işləyəcək bir müəssisəyə yalnız rentabelli şirkət kimi investisiya qoymağı da qəbuledilməz hesab edirəm. Adam Smit birinci mövqe ilə, Karl Marks isə ikinci mövqe ilə razılaşmazdı. Özümü ən rahat hiss etdiyim yeganə mövqe – qızıl ortadır.

Kapitalizm barədə

Mən hesab edirəm ki, kapitalizm möhtəşəmdir. Mən on il və 20 il əvvəl də belə düşünürdüm. Hər bir sistemin öz çatışmazlıları var və sui-istifadə halları ola bilər. Lakin baxın 50 il ərzində İsraildə, bir neçə yüz il ərzində ABŞ-da və ya son 30 il ərzində inkişaf etməkdə olan ölkələrdə nələr istehsal olunub – kapitalizm fəaliyyətdədir. Onun da öz çatışmazlıqları və qeyri-təkmillikləri var, amma, mən daha yaxşı bir sistem tanmıram və əlbəttə, mən kapitalizmin əldə etdiyi həyat səviyyəsini yarada biləcək başqa bir sistemin olduğunu bilmirəm.

Kredit təsiri barədə

Kredit təsirinə olan çəkingənliyimiz uzun illər boyu bizim gəlirliliyimizi azaldıb. Lakin əvəzində biz Çarli ilə (biznes-tərəfdaş Çarli Manqer) çox rahatıq. Hər ikimiz də ehtiyac olmayan şeyləri əldə etmək üçün sahib olduğumuzu və ehtiyacımız olanı riskə atmağın ağılsızlıq olduğunu hesab edirik. Biz 50 il bundan əvvəl də, hər birimiz bizə güvənən bir neçə dost və qohum üçün investisiya tərəfdaşlığını idarə edərkən də bu fikirdəydik. Bir milyon və ya daha çox tərəfdaşımız “Berkshire Hathaway”da bizə qoşulduğu zaman indi də buna riayət edirik.


Gələcəkdə mühasib peşəsinin hansı perspektivləri var?


Kriptovalyutalar barədə

Kriptovalyutalara gəldikdə, mən demək olar ki, əminliklə deyə bilərəm ki, onları pis bir sonluq gözləyir. Bu nə vaxt və ya necə baş verəcək və yaxud daha nələr olacaq, mən bir şey deyə bilmərəm. Əgər mən onların hər birinə beşillik yol-opsion ala bilsəydim, böyük sevinclə bunu edərdim. Lakin mən heç vaxt qısa mövqelərə heç on sent də sərmayə yatırmıram.

Şirkətlərin satın alınması barədə

Əla bir şirkəti qənaətbəxş bir qiymətə almaq, qənaətbəxş bir şirkəti əla qiymətə almaqdan dəfələrlə yaxşıdır. Çarli bunu çoxdan bilirdi, mən isə tədricən öyrəndim. Ancaq indi, hər hansı bir şirkəti və ya adi bir səhmləri alarkən, biz yüksək səviyyəli menecerlərlə birlikdə birinci dərəcəli biznes axtarırıq.


Print Friendly, PDF & Email