Gələcək dövrün gəlirləri
Hesabat dövründə əldə edilən, lakin gələcək hesabat dövrlərinə aid olan və aid olduğu dövrün başlanğıcında müəssisənin maliyyə nəticələrində əks olunacaq gəlirlər gələcək hesabat dövrlərinin gəlirləri kimi xarakterizə olunur. Onların uçotu hesablar planının (“Sair uzunmüddətli öhdəliklər”) və 54-cü (“Sair qısamüddətli öhdəliklər”) maddələri üzrə aparılır.
Uzunmüddətli gələcək hesabat dövrünün gəlirləri ilə bağlı əməliyyatlar üzrə müxabirləşmələr 442-ci hesab vasitəsi ilə verilir. Gələcək dövrün gəliri bir neçə dövr üçün standart xidmətin dəyərinin əvvəlcədən alınmasıdır. Standart xidmətlər konkret dövr müddətində (məsələn, aylıq) təkrarlanan və sabit haqq nəzərdə tutulan xidmətlərdir. Bu zaman qiymət artımı və ya azalması istisna edilir.
Məsələn, müəssisə icarəyə obyekt verir, lakin tez-tez icarəyə götürən dəyişmək, obyektini tez-tez yerləşdirmək onu yorduğu üçün ilk icarəyə götürmüş şəxsdən icarənin 12 ayını tam şəkildə qabaqcadan alır.
Belə olan təqdirdə qabaqcadan alınmış 12 aylıq ödəniş gəlir kimi deyil gələcək dövrlərin gəliri kimi tanınmalıdır. Çünki faktiki olaraq hələ 12 aylıq icarə xidməti tam göstərilməmişdir və icarə xidməti göstərən təşkilat yaxın 6 ay ərzində icarəyəgötürənə keyfiyyətli icarə xidməti təşkil etmək öhdəliyi götürmüşdür.
442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı
Bu hesab “Sair uzunmüddətli öhdəliklər” maddəsinə aid olan hesablardan biridir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə bu maddə üzrə açılan hesablar aşağıdakı cədvəldə verilib (Qaydalar/ 38.1):
442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” mühasibat uçotu subyektinin hesabat tarixindən 12 aydan sonrakı dövrlərə aid ediləcək gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Gələcək hesabat dövrlərinin gəlirləri yarandıqda sözügedən qaydaların 38.10-cu, onlar qısamüddətli kimi təsnifləşdirildikdə 38.12-ci , qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa gəlir kimi tanındıqda 38.14 bəndi tətbiq edilir. Uzunmüddətli gələcək hesabat dövrlərinin gəlirləri üzrə müsbət məzənnə fərqi yarandığı halda mühasibat yazılışları həmin qaydaların 38.13-cü bəndilə nizamlanır.
Hesab üzrə aşağıdakı subhesablar açılır (Qaydalar/38.11):
- 442-1 №li “Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri”;
- 442-2 №li “Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri”.
Şirkətin əsas fəaliyyətindən əldə etdiyi gəlirlər 442-1 saylı “Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri”, maliyyə fəaliyyəti zamanı yaranan gəlirlər 442-2 saylı “Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçota alınır.
İnvestisiyalar əldə edildikdə gələcək hesabat dövrlərinin gəlirləri ilə bağlı nümunələr
“A” MMC fəaliyyət göstərdiyi dövrdə müəyyən layihələri maliyyələşdirə bilmək üçün “B” MMC-dən 100 manat nominal dəyəri 2 il müddəti 10% illik gəliri olan 2000 ədəd istiqraz alıb. Faizlər istiqraz sahiblərinə ildə bir dəfə ödənilir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İstiqrazların əldə edilməsi | 181 – Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar | 223 – Bank hesablaşma hesabları | 20000.00 |
| 2 | 1-ci ilin faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 2000.00 |
| 3 | İstiqrazlar üzrə faiz gəlirlərinin uçota alınması | 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları | 442 – Gələcək hesabat dövrünün gəlirləri | 2000.00 |
| 4 | 1-ci üçün faiz borcunun ödənilməsi | 223 – Bank hesablaşma hesabları | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 2000.00 |
| 5 | 1-ci il üçün faizlərdən olan gəlirlərin tanınması | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 631 – Maliyyə gəlirləri | 2000.00 |
| 6 | 1-ci il üçün olan faiz gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır | 631 – Maliyyə gəlirləri | 801 – Ümumi mənfəət (Zərər) | 2000.00 |
| 7 | 2-ci ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edilir | 442 – Gələcək hesabat dövrünün gəlirləri | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 2000.00 |
| 8 | 2-ci il üçün hesablanan faiz uzunmüddətli debitor borclarına əlavə edilir | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları | 2000.00 |
| 9 | 2-ci il üçün faiz borcunun ödənilməsi | 223 – Bank hesablaşma hesabları | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 2000.00 |
| 10 | 2-ci il üçün faizlərdən olan gəlirlərin tanınması | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 631 – Maliyyə gəlirləri | 2000.00 |
| 11 | 2-ci il üçün olan faiz gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır | 631 – Maliyyə gəlirləri | 801 – Ümymi mənfəət (Zərər) | 2000.00 |
| 12 | 2 ilin sonunda istiqrazın bağlanılması | 223 – Bank hesablaşma hesabları | 181 – Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar | 20000.00 |
Müəssisəyə uzunmüddətli borcların verildikdə gələcək hesabat dövrlərinin gəlirləri
“A” MMC “B” MMC-ə 2 illik faiz dərcəsi 20% olmaq şərti ilə 40000 manat manat uzunmüddətli borc vermişdir. Verilmiş uzunmüddətli borcla bağlı “B” MMC il ərzində 4000 manat olmaqla iki ildə 8000 manat faiz ödəməlidir. Birinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Müəssisəyə uzunmüddətli borc verilir | 182 – Uzunmüddətli verilmiş borclar | 223 – Bank hesablaşma hesabları | 40000.00 |
| 2 | 1-ci ilin faiz gəlirləri gələcək dövrün gəlirləri kimi faizlər üzrə qısamüddətli debitor borcları kimi tanınır | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 4000.00 |
| 3 | Sonrakı il üçün hesablanan faiz gəlirləri gələcək dövrün gəlirləri kimi tanınır | 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları | 442 – Gələcək hesabat dövrünün gəlirləri | 4000.00 |
| 4 | 1-ci üçün faiz borcunun ödənilməsi | 223 – Bank hesablaşma hesabları | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 4000.00 |
| 5 | 1-ci il üçün faizlərdən olan gəlirlərin tanınması | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 631 – Maliyyə gəlirləri | 4000.00 |
| 6 | 1-ci il üçün olan maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanır | 631 – Maliyyə gəlirləri | 801 – Ümumi mənfəət (Zərər) | 4000.00 |
İkinci il üçün ediləcək əməliyyatlar aşağıdakı kimidir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | 2-ci ilin hesablanan faiz borcu Faizlər üzrə uzunmüddətli debitor borcu kimi tanınır | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 176- Faizlər üzrə uzunmüddətli debitor borcları | 4000.00 |
| 2 | 2-ci ilin Gələcək
hesabat dövrünün gəlirləri uzunmüddətli xarakterdən qısamüddətli xarakterə keçirilir |
442 – Gələcək
hesabat dövrünün gəlirləri |
542 – Gələcək hesabat dövrünün gəlirləri | 4000.00 |
| 3 | 2-ci ilin hesablanmış faizləri bank hesabına ödənilir | 223 – Bank hesablaşma hesabları | 216 – Faizlər üzrə qısamüddətli debitor borcları | 4000.00 |
| 4 | 1-ci ilin faizlərdən olan gəlirləri maliyyə gəlirləri kimi tanınır | 542 – Gələcək hesabat dövrünün gəlirləri | 631 – Maliyyə gəlirləri | 4000.00 |
| 5 | 1-ci ilin maliyyə gəlirləri Ümumi mənfəət (zərər) hesabına bağlanılır | 631 – Maliyyə gəlirləri | 801 – Ümumi mənfəət (Zərər) | 4000.00 |
| 6 | Uzunmüddətli verilmiş borcun hesablaşma hesabına qaytarılması | 223 – Bank hesablaşma hesabları | 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar | 40000.00 |

