Bu gündən ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqinə başlanılır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sadələşdirilmiş VergiÖlkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsinə başlanılır.

Sadələşdirilmiş vergi dərəcəsi bütün ölkə ərazisində 2%-ə endirilir.

Sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Qeyd edək ki, bundan əvvəl isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2% təşkil edib.

Həmçinin, ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdirilimiş vergi dərəcəsi isə saxlanılır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email