Vakansiya: Mühasib-Analitik

birbank biznes

VakansiyaVakansiya: Mühasib-Analitik

İşəgötürən: “Performance Center Co” MMC (Chevrolet Azərbaycan)

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Fatimə xanım

 Vergi üzrə böyük mühasib tələb olunur

Vakansiya barədə məlumat
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
– İnventarizasiya təcrübəsinin olması (anbar,əsas vəzait, mal-material)
– Kredit və lizinq əməliyyatlarının aparılması
– Annuitet və azalan balans metodu


Namizədə tələblər
– Ali iqtisadi təhsil
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
– 1C 8.3 proqramı ilə işləmək bacarığı
– Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
– Təhlil qabiliyyətinin olması (mühasibatlıq)
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
Mənbə: boss.az
Print Friendly, PDF & Email