1000 AZN məvaciblə Mühasib tələb olunur

birbank biznes

1000 AZN məvaciblə Mühasib tələb olunur


TELEGRAM KANALIMIZA ÜZV OLUN


vakansiya mühasib

Vakansiya: Mühasib

İşəgötürən: Caspian Oilfield Services Inc.


Vakansiya üzrə təlimatlar:

• Vergi və mühasibat uçotunun aparılması;
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Baş ofisə təqdim etmək üçün aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması;
• Dövlət orqanlarına, banklara məktubların yazılması;
• Şirkətin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
• Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
• Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
• Mal-materialların uçotunun aparılması;
• E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Mühasib üçün tələblər:

• Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
• Vergi Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• IFRS üzrə biliklər;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.

İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: start 1000AZN

CV-ləri məktubun mövzu hissəsində Mühasib qeyd etməklə  / elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  
Print Friendly, PDF & Email