fbpx

Vakansiya: Mühasib – Resant Group

birbank biznes

vakansiya, mühasib, Mal material üzrə Mühasib,Vakansiya: Mühasib.

İşəgötürən: Resant Group.

İş barədə məlumat

– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatında əks etdirmək;
– Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
– Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;

– Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması, uyğunsuzluq halları aşkar olunduqda onların aradan qaldırılmasının təmin etmək;
– Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirtmək;
– Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar icra etmək;
– Müştəri hesablaşmaları üzrə əməliyyatları icta etmək;
– Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatını aparmaq, gün ərzində kassaya daxil olan nağd pulları qəbul etmək;
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması və nəzarətin təmini;
– İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib etmək;
– Əmək haqqı; 800-1000 manat
– 5 gün tam iş günü 6 – cı gün yarım iş günü.

Print Friendly, PDF & Email
error: Content is protected !!