“Lankaran Springs & Wellness Resort” xərclər üzrə mühasib vəzifəsi üçün vakansiya elan edir.
Vakansiya barədə ümumi məlumat:
- Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
- Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
- Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
- Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
- Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
- Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
- Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
- Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
- Şöbələrini mənfəətlə idarə etmək məqsədi ilə Departament rəhbərlərinə həftəlik/aylıq əsasında xərcləri üzrə hesabatları göndərmək.
- Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Nəzarətçisinə məlumat vermək.
Telegram qrupumuza üzv olun
Namizədə tələblər:
• Ali təhsil (İqtisadi yönümlü təhsili olanlara üstünlük veriləcək)
• Minimum 1 il “Xərclər üzrə mühasib” kimi təcrübəyə sahib olmaq
• Otel təcrübəsi olanlara üstünlük veriləcək
• Azərbaycan və İngilis dilinə mükəmməl hakimiyyət, Rus dili arzuolunandır
• Lənkəranda iqamət etmək və işləmək imkanı
• Həftədə 6 günlük cədvəllə işləmək
Təklif edirik:
• Lənkəranda yaşamaq üçün imkan (əməkdaşlar paylaşılan otaq 2 nəfərlik)
• Tibbi sığorta
• Növbədə (işdə) olarkən yemək Otel tərəfindən təmin olunur
• Maaş – müsahibə əsasında təyin olunur
Vakansiya ilə maraqlanan namizədlər CV nümunələrini Xərclər üzrə mühasib başlığı ilə / ünvanına gödərməlidirlər.
Mənbə: jobsearch.az