Vəfat etmiş şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?

posted in: Vergi, Xəbər | 0

Vəfat edən şəxsin vergi öhdəlikləriVəfat edən şəxsin vergi öhdəlikləri


VM-in 77.4.3-cü maddəsində qeyd edilir ki, “Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir”.

VM-in 81.1-ci maddəsində isə qeyd edilir ki, “Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər”.


Bax: Dəfn üçün müavinətin təyin edilməsi və verilməsi

Sual: varis vəfat etmiş şəxsin bütün vergilər üzrə borclarını, yoxsa yalnız əmlak vergisi üzrə borcunu ödəməlidir? Əgər yalnız əmlak vergisini ödəməlidirsə, bəs niyə torpaq vergisini ödəməməlidir? Əgər bütün vergiləri ödəməlidirsə, onda niyə 77.4.3-cü maddədə əmlak vergisi yazılıb?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 77.4.3-cü maddəsi vəfat etmiş şəxsin varisinə miras qalan əmlakla bağlı vergi öhdəliyini tənzimləyir. Vergi Məcəlləsinin 81.1-ci maddəsinə əsasən vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Bu səbəbdən də, vəfat etmiş şəxsin sahibkarlıq fəaliyyəti nəticəsində vergi borcu yarandıqda Vergi Məcəlləsinin 81.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi öhdəliyi vərəsə tərəfindən vergi orqanlarında uçota alınmaqla yerinə yetirilməlidir.

Qeyd olunan məsələ ilə əlaqədar daha geniş məlumatın alınması üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 77.4.3-cü və 81.1-ci maddələri

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email